K-1 qaydasız döyüş növü üzrə dəfələrlə dünya çempionu olmuş ” Mauqli” ləqəbli idmançı Zabit Səmədov növbəti döyüşünə çıxacaq. Xaber.org xəbər verir ki, Britaniyadan olan kikboksçu James McSweeney İzmirdə Beynəlxalq Mix Fight Çempionatında həmyerlimizə meydan oxuyub. Zabit Səmədovun ona cavabı isə bütün zalı coşdurub. Zabit “Azərbaycan-Türkiyə – iki dövlət bir millət” şüarını səsləndirib. Daha sonra azarkeşlərə söz verən idmançı “Bu şəxsin kim olduğunu bilmirəm amma, qarşılaşmanı çox pis vəziyyətdə məğlub olacaq” deyib. Əsgərlərə də səbr və güc arzulayan idmançı bu sözləri ilə izləyicilərin bir daha rəğbətini qazanıb. Qeyd edək ki, Zabit Səmədov James McSweeneyin çağırışına cavab verib və aprel ayında Almaniyada görüş olacağı planlaşdırılır. (baku.ws) Post Views: 742 PAYLAŞIN: Yazı naviqasiyası Bakının ev sahibliyi edəcəyi idman gimnastikasi üzrə dünya kubokunda 163 idmançı yarışacaq Qvardioladan daha bir rekord: 500 minə alınan futbolçuya 68 milyon…