https://xaber.org/wp-content/uploads/2018/01/videoplayback-1.mp4 Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu (ASO) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatında Burseya dağını ələ keçirdi. Hərəkatın 9-cu günündə Raco, Cinderes və Şeyx Hadid başda olmaqla, PKK-nın işğalı altında olan dağlıq ərazilər terrorçulardan təmizlənəcək. “İlk şəhər savaşı” əməliyyat çərçivəsində Afrin Hatay tərəfindəki qərb cəbhəsi də hərəkətə keçəcək. Dünən qırıcı təyyarələr Raco və Cinderes bölgələrində terror təşkilatına aid sığınacaq və mövqeləri bombardman edib. Kəşfiyyat əməliyyatları isə hələ də davam edir. Bu bölgələr Afrinə gedən yolda düz vadi olduğundan “Zeytun budağı” hərəkatının irəliləməsi üçün böyük önəm daşıyır. Qeyd edək ki, hərəkat çərçivəsində son əməliyyat Afrin şəhərinin mərkəzinə yönəldiləcək.(Publika.az) Post Views: 956 PAYLAŞIN: Yazı naviqasiyası Türkiyə ordusu Afrində strateji yüksəkliyi PYD/YPG terrorçularından təmizləyib Prezident bir neçə səfiri geri çağırdı – SƏRƏNCAM