İran Türkiyənin Suriyanın Afrin bölgəsində apardığı antiterror əməliyyatlarından narahatdır. Xaber.org Milli.Az -a istinadla xəbər verir ki, “Zeytun budağı” adı altında aparılan əməliyyat 18 gündür davam edir. Bu günə qədər ümumilikdə 1000-ə yaxın terrorçu zərərsizləşdirilib. İrandan “Zeytun budağı” əməliyyatı ilə bağlı açıqlama verilib. Əməliyyatlara narazılığını bildirən İran Türkiyəni Suriyada apardığı əməliyyatları dayandırmğa çağırıb. İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Kasemi bildirib ki, bu əməliyyatlar vətəndaş müharibəsi hökm sürən Suriyada vəziyyəti daha da gərginləşdirəcək. “Türkiyə əməliyyatları dayandırmalı və Suriyanın suverenliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır”, – Bəhram Kasemi söyləyib. Xaber.org Post Views: 481 PAYLAŞIN: Yazı naviqasiyası Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək Cəlilabad rayonuna yeni İcra Hakimiyyətinin başçısı təyin edildi