Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov 140 ünvanında yerləşən 1 saylı Bakı Dəmiryol Poliklinikasının binası tikinti şirkəti tərəfindən sökülüb. Xaber.org Milli.Az -a istinadən xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova “Sputnik Azərbaycan”-a açıqlamasında faktı təsdiqləyib. Qurumun sözçüsü bildirib ki, ərazidə olan binalar istismar müddətini keçdiyi üçün plana düşüb: “1 saylı poliklinikanın binası da köhnə idi. Hazırda poliklinika yaxınlıqdakı yeni tikilmiş binaya köçürülür. Proses başa çatdıqdan sonra əlavə məlumat veriləcək”. Post Views: 836 PAYLAŞIN: Yazı naviqasiyası Azərbaycanda QORXUNC OLAY: Silahlar aşkar şəkildə satılır – QİYMƏTLƏR Cəriməsi olan piyadalara bəd xəbər – Sürücülük vəsiqəsi və maşın alanda…