Xalq artisti Zərnigar Ağakişiyeva dəfn olunub.

Xalq artisti Quba şəhər qəbiristanlığında, valideynlərinin yanında torpağa tapşırılıb.

***

Xalq artisti Zərnigar Ağakişiyeva bu gün Qubada dəfn olunacaq.

Mədəniyyət və Turizm Nazirliyindən Publika.az-a verilən məlumata görə, Xalq artisti doğulduğu Rustov kəndində, anasının yanında torpağa tapşırılacaq.

Qeyd edək ki, aktrisanın meyiti dünən FHN xilasediciləri tərəfindən Bakıda yaşadığı mənzildə aşkarlanıb.

PAYLAŞIN: