Əmək pensiyalarının artımı sığorta hissəsinin indeksləşdirilməsi nəticəsində 5,7 faiz təşkil edəcək.

Xaber.org Trend-ə istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir qeyd edib ki, bununla Azərbaycanda pensiyaların orta aylıq məbləği 220,23 manat təşkil edəcək.

S.Müslümov bildirib ki, əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi onlara əlavələrə aidiyyəti olmayacaq.

Onun sözlərinə görə, qanunvericiliyə uyğun olaraq bu əlavələr sabitdir və indeksləşdirməyə aid deyil.

PAYLAŞIN: