Zaqatalada 4-cü sinif şagirdi intihar edib. Xaber.org APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 19:30 radələrində rayonun Muxax kəndində baş verib. Kənd sakini, 2007-ci il təvəllüdlü Hafiz Nazim oğlu Məmmədovun meyiti yaşadığı evin həyətyanı sahəsində inşa edilmiş təndirxanada asılı vəziyyətdə özündən böyük qardaşı tərəfindən aşkar edilib. İlkin araşdırma zamanı 11 yaşlı Hafiz Məmmədovun hələ ki, istintaqa məlum olmayan səbəbdən intihar etməsi məlum olub. Post Views: 603 PAYLAŞIN: Yazı naviqasiyası Həbsdə olan iş adamına daha bir cinayət işi açıldı Bəyin dostları toyda yedilər-içdilər, sonra… – Bakıda DƏHŞƏT