Prezident İlham Əliyev səhiyyə müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncamı imzalayıb. Xaber.org AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd edilir ki, səhiyyə müəssisələrində çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə dövlət büdcəsindən maliyyələşdirilən səhiyyə müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılsın. Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək. Post Views: 4. 517 PAYLAŞIN: Yazı naviqasiyası Elmi müəssisə və təşkilatların işçilərinin maaşları artırıldı Erməni nazirin paxırını belə açdılar – Azərbaycana haqsızlığa qarşı BMT-də çağırış