Berkshire Hathaway investisiya fondunun banisi və sahibi Uorren Baffet dünən qlobal maliyyə bazarlarında fond indekslərinin çökməsi nəticəsində 3,74 milyard dollar itirib. Xaber.org Milli.Az-a istinadən bildirir ki, Facebook-un banisi və sahibi Mark Zukerberq 3,7 milyard dollar, Alphabet-in baş icraçı direktoru Larri Peyc – 3,1 milyard dollar, Google-un banisi Sergey Brin – 3 milyard dollar, Zara-nın sahibi Amansio Orteqa isə 2,5 milyard dollar itiriblər. Ümumiyyətlə isə dünyanın ən varlı 500 adamının itkilərinin toplam məbləği 128 milyard dollardır. Ən böyük itkilərə (55 milyard dollar) ABŞ-dan olan biznesmenlər məruz qalıblar. Çinli milyarderlər 14 milyard dollar itiriblər. Dow Jones indeksi dünən 420,2 bənd geriləyərək 24608-a enib. Səbəb ABŞ prezidenti Donald Trampın ölkəyə polad və alüminiumun idxalına yeni tariflərin tətbiqi ilə bağlı yeni sərəncamı gələn həftə imzalayacağını bəyan etməsi ilə bağlıdır. S&P 500 indeksi 36,16 bənd, NASDAQ indeksi isə 92,45 bənd aşağı düşü Post Views: 740 PAYLAŞIN: Yazı naviqasiyası Kriptovalyuta bazarı dəyişdi – Bitkoin ucuzlaşdı, digəriləri isə.. Maşın bazarında yay qiymətləri