Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində “Mercedes” markalı mikroavtobus ilə “Shagman” markalı yük maşınının toqquşması nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb. Qəza nəticəsində “Mercedes”in 1979-cu il təvəllüdlü sürücüsü Hüseynov Rövşən Teyyub oğlu, həmçinin sərnişinlər – 1955-ci il təvəllüdlü Rzayeva Raisa Dimitri qızı və Lyuba adlı qadın dünyasını dəyişib. 12:46 Qəzada ölən və yaralananların ilkin siyahısı: Talıbzadə Çingiz Tofiq oğlu, 1964-cü il təvəllüdlü Rzayeva Raisa Dmitri qızı, 1955 Rzayeva İlona Rauf qızı, 1980 Tarfanov İqor Aleksandroviç, 1962 İsmayılova Tamara Hacışaban qızı Zapalovnaya Yevgeniya Mixail qızı, 1940 Rzayeva Rəna Dmitri qızı, 1951 Məmmədova Elvira İvan qızı, 1967 Həşimova Sabina Kərim qızı, 1968 Rodina Jakka Anatoli, 1966 Kuranika Viktoriya Oleq qızı,1988 Məmmədova Lüdmila Andrey qızı, 1947 Buqlova Varvara Jilijou, 1945 9:49 Sumqayıt şəhərinin Zeynalabdin Tağıyev qəsəbəsində baş verən yol qəzasında 2 nəfər həyatını itirib, daha 15 nəfər yaralanıb. Bakıdan Quba rayonuna turist aparan mikroavtobus Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən körpünün altında “Shacman” markalı yük maşını ilə toqquşub. Nəticədə 17 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan ikisi dünyasını dəyişib. Yerdə qalanlardan 10 nəfəri reanimasiya şöbəsində müalicə olunur. Avtobus sərnişinləri Rusiya əsilli Azərbaycan vətəndaşlarıdırlar. 9:44 Sumqayıtda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində bir neçə nəfər xəsarət alıb. Hadisə Hacı Zeynalabdin qəsəbəsində baş verib. Sumqayıtdan Hacı Zeynalabdin qəsəbəsinə doğru hərəkət edən sərnişin avtobusu “KamAZ” markalı yük avtomobili ilə toqquşub. Hadisə zamanı 10-dan çox insan xəsarət alıb. Qəzanın təfərrüatları araşdırılır. (Report) Post Views: 564 PAYLAŞIN: Yazı naviqasiyası Vəfat edən 25 yaşlı polis müstəntiqinin toy dəvətnamələri paylanıb Türkiyədə PKK-ya qarşı növbəti əməliyyat – “Medya” öldürüldü