Gürcüstanın Batumi şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında kişilərdən ibarət millimiz altıncı qələbəsini qazanıb. Millimiz turnirin VI turunda Çexiya ilə qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib. Ağ fiqurlarla oynayan Şəhriyar Məmmədyarov və Arkadi Naydiç qələbə qazanıb. Qara fiqurlarla çıxış edən Teymur Rəcəbovla Rauf Məmmədov heç-heçə edib. Bununla da xalını 12-yə çatdıran millimiz turnir cədvəlinin ilk sırasındakı mövqeyini yaxşılaşdırıb. Qadınlardan ibarət millimiz isə turnirin VI turunda Latviya ilə qarşılaşıb və 2,5:1,5 hesabı ilə qalib gəlib. Post Views: 918 PAYLAŞIN: Yazı naviqasiyası Ronaldo: “Onlar məni “İnter”ə gətirdilər, burda “Fenomen” oldum” Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan Polşa ilə heç-heçə etdi