Fransa Prezidenti Emanuel Makronun gələn həftə Azərbaycana səfəri nəzərdə tutulub. “La Tribune” nəşri xəbər verir ki, səfər çərçivəsində iki ölkə arasında əməkdaşlıq məsələləri, o cümlədən Azərbaycana gözətçi katerlərin tədarükü barədə Fransanın “Naval Group” şirkəti ilə gözlənilən müqaviləyə dair danışıqlar aparılacaq. Həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri də müzakirə olunacaq. Prezident Emanuel Makronun oktyabrın 11-12-də Yerevanda keçiriləcək Frankofoniya zirvə görüşündə iştirak etmək üçün Ermənistana gedəcəyi də gözlənilir.(“Report”) Post Views: 1. 193 PAYLAŞIN: Yazı naviqasiyası Leyla Abdullayeva XİN-ə mətbuat katibi təyin edildi İlham Əliyev Putinə zəng etdi