Azərbaycanın qadın güləşçisi Elis Manolova Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda bürünc medal qazanıb. 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı medal görüşündə türkiyəli Aslı Demirhana qalib gəlib – 4:0. Digər sərbəst güləşçi Alyona Kolesnik (57 kq) isə rusiyalı Veronika Çumikovaya uduzaraq, bürünc medal şansını əldən verib. Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc medal əldə edib. Post Views: 282 PAYLAŞIN: Yazı naviqasiyası Neymarın “Barselona”ya qayıda biləcəyi vaxt açıqlandı “Qarabağ” “Ferenstvaroş”la oyundan əvvəl azarkeşlərə müraciət edib