İranın İnformasiya və Təhlükəsizlik Nazirliyi (ETTELAAT) İsveç vətəndaşını casusluq ittihamı ilə həbs edib. Məlumatı “İran international” yayıb. Adı açıqlanmayan həmin şəxs bir neçə dəfə İrana səfər edərək müxtəlif şəhərlərə, o cümlədən turizmə aidiyyəti olmayan ərazilərə gedib. Nazirlik iyulun 30-da yaydığı məlumatda qeyd edib ki, İsveç vətəndaşı həmin səfərləri zamanı İranda nəzarət altında olan şübhəli avropalı və qeyri-avropalılarla görüşlər keçirib. Qeyd edək ki, iyulun 14-də İsveç məhkəməsi İran əsilli keçmiş prokuror köməkçisi Həmid Nuri barəsində ömürlük həbs qərarı çıxarıb. İsveç vətəndaşının casuslu ittihamı ilə həbsi bu həbslə əlaqələndirilir. İsveç polisi 60 yaşlı H.Nuri 2019-cu ilin noyabrında Arland hava limanında saxlayıb. O, 1988-ci ilin iyul ayından sentyabr ayına qədər İran həbsxanalarında 67 məhbusun edam olunmasına iştirakına görə mühakimə edilib. H.Nuri İranın keçmiş ali rəhbəri ayətullah Ruhullah Xomeyninin göstərişi ilə yaradılan 7 nəfərlik komitədə prokuror köməkçisi işləyib. Xatırladaq ki, İranın indiki Prezidenti İbrahim Rəisi də “ölüm heyəti” adlanan komitənin 7 üzvündən biri olub. Post Views: 163 PAYLAŞIN: Yazı naviqasiyası Türkiyədə meşə yanır Yevlaxda 19 yaşlı qız itkin düşüb