Sumqayıtda “məhəbbət üçbucağı”: Dəhşətli cinayət

Read Time:59 Second

Həyat yoldaşından ayrılan, bir övlad anası olan qadın özündən 10 yaş kiçik oğlana dəfələrlə “səndən başqa həyatımda kimsə yoxdur” deməklə onu inandırıb. 19 yaşlı gənc qadının sözlərinə o qədər də inanmayıb və onun mobil telefonuna danışıqların səsli qeydiyyatını aparan proqram yükləyib. Əsl faciə də bundan sonra baş verib. Qadının keçmiş sevgilisi ilə mütəmadi telefon əlaqəsi saxlaması, söhbət əsnasında ünvanına nalayiq sözlər işlədilməsi ona pis təsir edib. Sonda isə “məhəbbət üçbucağı” hər ikisini məhvə aparıb – onlardan biri məzara, digəri isə həbsxanaya yola salınıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə ittiham olunan Gədəbəy rayon sakini, 19 yaşlı Teymur Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Əhməd Quliyev sədrlik edib.

İttihama görə, qətl hadisəsi bu il iyunun 27-də Sumqayıt şəhəri, Sülh küçəsi, 76-cı məhəllədə yerləşən avtomobil təmiri sexinin yaxınlığında baş verib. Qeyri-rəsmi ər-arvad münasibətində olduğu Vüsalə Dadaşovanın keçmiş tanışı Taleh Babazadə ilə əlaqələrini bərpa etməyə çalışmasını özünə xəyanət hesab edən Teymur Sadıqov ondan qisas almaq qərarına gəlib. Yaranmış mübahisə zamanı bıçaqla Talehin ürəyindən zərbə endirib. T.Babazadə kəskin qanitirmədən hadisə yerində keçinib.

Məhkəmə prosesi şahid ifadələri ilə davam edir. Proses noyabrın 28-də davam edəcək.( istinad BAKU.WS)

Xaber.org

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
PAYLAŞIN:

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

8 thoughts on “Sumqayıtda “məhəbbət üçbucağı”: Dəhşətli cinayət

  1. 596528 397319of course data entry services are extremely expensive that is why always make a backup of your files 267534

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Şahin Diniyev istefa verdi: “Mən sözü bir dəfə deyirəm”
Next post Bakıda evdən 40 min manatlıq qızıl oğurlandı