Skip to content
07 Mart 2026
  • Facebook
  • İnstagram
  • Youtube
  • Twitter

XƏBƏR TV

www.xaber.org

Primary Menu
  • Ana səhifə
  • Siyasət
    • Münaqişə
  • İqtisadiyyat
  • Cəmiyyət
    • Redaktorun seçimi
    • Oxucu məktubları
    • Təhsil
    • Sağlamlıq
    • Media
    • Din
  • Mədəniyyət
    • İncəsənət
    • Elm və texnologiya
    • Ədəbiyyat
  • Şou-biznes
  • Hadisə
    • Kriminal
    • Maraqlı
  • İdman
Şuşa sən azadsan!
  • Home
  • Həmid Herisçi ard-arda Təbrizə səfər etməklə İran molla rejiminin tapşırıqlarını Azərbaycan Yazıçılar Birliyində həyata keçirib? – SENSASİON İDDİA
  • Ədəbiyyat

Həmid Herisçi ard-arda Təbrizə səfər etməklə İran molla rejiminin tapşırıqlarını Azərbaycan Yazıçılar Birliyində həyata keçirib? – SENSASİON İDDİA

xaber-redaktor 30 Dekabr 2025 4 minutes read
ac3f6578eb_86699
0 0
Read Time:2 Minute, 21 Second
Son günlər Bakı və Təbriz arasındakı get-gəllər, ədəbi söz-söhbətlər hər kəsi düşündürməyə, hətta narahat etməyə başlayıb. Saytlar və sosial şəbəkələrin müzakirə mövzusu olan bu məsələ artıq rəsmi qurumların da diqqətini çəkib.
Sözügedən məsələnin qısa məzmunu nədir? 
Yazıçı Həmid Herisçinin şair Sayman Aruza kinayə və qərəzlə səsləndiyi qısa videodan sonra geniş ictimaiyyətə məlum oldu ki, bir neçə gün öncə Azərbaycan Yazıçılar Birliyində xalq yazıçısı Anarın sədrlik etdiyi Güney Azərbaycan komissiyasının yenidən “formalaşma” iclası əslində, öncədən planlaşdırılmış və hansısa xarici və daxili maraqlara xidmət edən qara qüvvələrin ağ inqilab etmə cəhdinin bir parçası imiş. Belə ki, güneyli yazıçı Ramin Cabbarlının geniş təhlillə və faktlarla yazdığı yazıdan bir neçə sual doğuran məsələ aydın olur.
Ramin Cabbarlının yazısının linki
https://www.facebook.com/share/1ZqfBUm4s4/
Həmin yazıdan bir neçə detalı qeyd edək:
Güney yazarlarının (hansı ki, o yazarların böyük əksəriyyətinin kimliyi məlum deyil) “narazılıq” bildirdiyi Sayman Aruz vəzifədən uzaqlaşdırıldı, yerinə Sabir Rüstəmxanlı gətirildi:
“Məsələ Sabir bəyin sədr gətirilməsi yox, Həmid Herisçinin sədr müavini edilməsidir. İmza atanların içində olan ciddi yazarların başqa məqsədlərdən xəbəri olmayıb. Bu yazarların dəyişikliyi nəticə kimi görməsi sadəlövhlükdür. Çünki daha öncə müraciətlər olub amma heç bir nəticə olmayıb. Üç ay əvvəl Həmid Herisçi müsahibəsində AYB Güney məsələsi ilə məşğul olmaq istədiyini demişdi. Yəni, etiraz məktubu Həmidin planları nəticəsində olub. Həmid uzun illərdir Təbrizə səfərlər edir. Son üç ayda iki dəfə Təbrizdə olub. Bütün bunlar onun sədr müavini istəyinin nəticəsidir?”.
Bu arada onu da qeyd edək ki, Həmid Herisçinin İranda verdiyi müsahibədə belə bir cümlə işlədir: “Azərbaycanda demokratiya öz məhsulunu itiribdir, İran Azərbaycana demokratiyada nümunə olmalıdır”.
Həmin misahibənin linki:
https://www.isna.ir/…/%D8%B2%D9%86%D8%AF%DA%AF%DB%8C…
Tanınmış yazıçı Ramin Cabbarlı qeyd edib ki, Sayman Aruz İranın anti-azərbaycan siyasətini tənqid edir, Həmid Herisçi isə İranın beynəlxalq siyasətini tərif edir:
“Sayman Aruz son illər İran Hakimiyyətinin Qarabağ siyasətini, xüsusilə də ikinci Qarabağ muharibəsi və Zəngəzur məsələsi ilə bağlı tutduğu mövqeyi sərt tənqid edir və bu da fars molla rejiminin narahatlığına səbəb olur. Həmid Herisçi isə öz müsahibəsində belə tərif edir: “müxtəlif etniklərin, azlıqların, dinlərin və dillərin dinc yanaşı yaşaması İranı Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə sadiqliyində unikal modelə çevirib”. Bu iki şəxsin tərif və tənqidini belə sual yaranır: bəlkə bu məsələ ədəbi məsələ deyil, İranı tənqid edənlə tərif edənin əvəz edilməsidir?” – deyə Ramin Cabbarlı bildirib
.
Ramin Cabbarlı onu da qeyd edib ki, Həmid Herisçi öz qəsdini gizlədərək güneyli yazarlardan sui-istifadə edib, sanmıram, bundan sonra onun Təbriz səfərləri rahat keçsin.
Qara qapılar açıldıqca görünən odur ki, burada məsələ Həmid Herisçinin Sayman Aruza qarşı qərəzli mövqeyi yox, qara qüvvələrin qurduğu böyük planların bir parçası ola bilər. Bəlkə də bütün bunlar  Azərbaycan hakimiyyətinin Qarabağ zəfəri başda olmaqla, apardığı uğurlu siyasətə qarşı çıxan fars-molla rejiminin ağ inqilabdir? Çünki “ağ inqilab” ifadəsini Həmid Herisçi öz zəfəri kimi dilə gətirir və özünü sanki kimlərəsə bununla sübut edir.

Share

Facebook
Twitter
Pinterest
LinkedIn

About Post Author

xaber-redaktor

info@xaber.org
https://xaber.org/
Happy
Happy
0 0 %
Sad
Sad
0 0 %
Excited
Excited
0 0 %
Sleepy
Sleepy
0 0 %
Angry
Angry
0 0 %
Surprise
Surprise
0 0 %

About the Author

xaber-redaktor

Administrator

Visit Website View All Posts
Post Views: 78
PAYLAŞIN:

Post navigation

Previous: Vətən müharibəsinin xronikası: 31 OKTYABR
Next: Sayman Aruz: “İran hakimiyyəti yaxşı bilir ki, Təbriz qalxarsa…”

Oxşar mövzular

1659763149_photo_2022-08-05_18-00-37
  • Ədəbiyyat

Şərif Ağayar: “Mən Anarı tanıyanda depressiyaya düşdüm” – MÜSAHİBƏ

xaber-redaktor 06 Avqust 2022 0
babek goyush vbn
  • Ədəbiyyat

Babək Göyüşün “Yarımçıq ömür” adlı kitabı çapdan çıxdı – FOTO

xaber-redaktor 03 Aprel 2021 0
96399335
  • Ədəbiyyat

Babək Göyüş: Dua – hekayə

xaber-redaktor 10 Dekabr 2017 16

Bütün yazılar

OD2QnCBznwUs6Sial1XhEPLYVTwJFvkF3mI7eOop_640
  • Cəmiyyət

Sayman Aruz: “İran hakimiyyəti yaxşı bilir ki, Təbriz qalxarsa…”

xaber-redaktor 06 Yanvar 2026 0
ac3f6578eb_86699
  • Ədəbiyyat

Həmid Herisçi ard-arda Təbrizə səfər etməklə İran molla rejiminin tapşırıqlarını Azərbaycan Yazıçılar Birliyində həyata keçirib? – SENSASİON İDDİA

xaber-redaktor 30 Dekabr 2025 0
1632737255_0aq-2(1).jpg
  • Siyasət

Vətən müharibəsinin xronikası: 31 OKTYABR

admin 01 Noyabr 2025 0
0b1690a307b5d22.jpg
  • Siyasət

Prezident İlham Əliyev Rumıniya Parlamenti Senatının sədrini qəbul edib

admin 01 Noyabr 2025 0
  • Haqqımızda
  • Facebook
  • İnstagram
  • Youtube
  • Twitter
Copyright 2024 © xaber.org All rights reserved. | MoreNews by AF themes.