Read Time:23 Second
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) Çin və Rusiyanın iri mağazalar şəbəkəsində “Made in Azerbaijan” stendinin yaradılması ilə bağlı danışıqlar aparır.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri Rüfət Məmmədov deyib.
O bildirib ki, AZPROMO Azərbaycan məhsullarının xarici ölkələrin iri marketlər şəbəkəsində satışı üçün bir sıra işlər görür. Hazırda Çin və Rusiya ilə bu istiqamətdə danışıqlar aparılır.
Nəticədən asılı olaraq bu ölkələrin iri marketlər şəbəkəsində “Made in Azerbaijan” stendi yaradılacaq.
Xaber.org