“Qarabağ” -” Çelsi“ -yə məğlub oldu

Read Time:1 Minute, 30 Second

Noyabrın 22-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində Ağdamın “Qarabağ” komandası Bakı Olimpiya Stadionunda Londonun “Çelsi” klubu ilə qarşılaşıb.

Xaber.org  xəbər verir ki, “Qarabağ”ın start heyətində İbrahim Şehiç, Qara Qarayev, Dmitri Medvedev, Miçel, Dino Ndlovu, Mahir Mədətov, Rəşad Sadıqov, Riçard Almeyda, Ansi Aqolli, Yakub Rzezniçak, Donald Gerye yer alıblar.

London təmsilçisinin ilk on birliyində isə meydana Tibo Kurtua, Anton Rüdiger, Markos Alonso, Sesk Fabreqas, Nqolo Kante, Eden Azar, Pedro Rodrigez, Davide Zappakosta, Villian, Sezar Azpiliketa və David Luiz çıxıblar.

Portuqaliyalı referi Manuel De Sousanın idarə etdiyi oyunda ilk təhlükəli vəziyyəti matçın 13-cü dəqiqəsində “Qarabağ” komandası yaradıb. Ndlovu-Medvedev kombinasiyasından sonra rəqibin cərimə meydançasında topa yiyələnən Miçelin qüvvətli zərbəsi qapı tirinə dəyib.

Görüşdə hesab matçın 21-ci dəqiqəsində açılıb. Referi “Qarabağ”ın cərimə meydançası daxilində yaranan mübahisəli epizodda “Çelsi”nin hücumçusu Villiana qarşı kobud oyuna görə kapitan Rəşad Sadıqova qırmızı vərəqə göstərib. “Qarabağ”ın qapısına təyin olunan 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Eden Hazard hesabı açıb – 0:1. Matçın 36-cı dəqiqəsində Eden Hazardın ötürməsindən sonra Villian hesab arasındakı fərqi iki topa çatdırıb – 0:2.

Komandalar fasiləyə bu hesabla yollanıblar.

Oyunun 73-cü dəqiqəsində portuqaliyalı referi “Qarabağ” komandasının qapısına ikinci dəfə 11 metrlik cərimə zərbəsi təyin edib. London klubunun ispaniyalı legioneri Sesk Fabreqas zərbəni dəqiq yerinə yetirərək hesab arasındakı fərqi daha da artırıb – 0:3. Qarşılaşmanın 85-ci dəqiqəsində isə Villian özünün ikinci, komandasının dördüncü qolunu rəsmiləşdirib – 0:4.

Matç bu hesabla da başa çatıb.

Beləliklə, bu oyundan sonra hesabında 10 xal olan “Çelsi” klubu “C” qrupunda liderliyə yüksəlib. Lakin londonluların birinci sıradakı mövqeyi aktivində 8 xal olan “Roma”nın “Atletiko Madrid” (3 xal) ilə səfər matçından sonra məlum olacaq. “Qarabağ” komandası isə 2 xalla qrupda sonuncu pillədədir.

Ağdamlılar qrupda sonuncu görüşünü dekabrın 5-də səfərdə “Roma”ya qarşı keçirəcəklər.

Xaber.org

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
PAYLAŞIN:

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

One thought on ““Qarabağ” -” Çelsi“ -yə məğlub oldu

  1. Nesem Sohbet Web, keyifli sohbetler ile internet üzerinden sohbet etmek için en iyi rehberinizi sunuyorsunuz. bir gezi için, seyahatle etmek mutlu bir iş ve stres mağazasından oluşan bir odayı. Onlarla keyifli bir sohbet gerçekleştirerek hem anlatabilir hem de karşınızdakiyle keyifli vakit geçirebilirsiniz. İnsanlara zamana karşı duyarsız.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post “Məsləhətli don dar olar”
Next post Çalır deməyə qorxuram