Prezident: Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli görüşü hadisədir

Read Time:1 Minute, 19 Second

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev noyabrın 30-da Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xaber.orgun Oxu.Az-a istinadən xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə xarici işlər naziri ilə birlikdə bu yaxınlarda Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı mərasimində iştiraklarını məmnunluqla xatırladıb. Azərbaycanın və Türkiyənin regional əməkdaşlığa verdiyi töhfəyə toxunan prezident İlham Əliyev bu baxımdan bütün üçtərəfli əməkdaşlıq formatlarında ölkələrimizin iştirak etməsinin önəmini qeyd edib və bildirib ki, bu, həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığımızın genişləndirilməsi işinə xidmət edən təşəbbüslərdir. Dövlət başçısı bu gün keçirilən Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli görüşünü də yaxşı hadisə kimi dəyərləndirib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu prezident Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. Mövlud Çavuşoğlu bir ay bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi ilə bağlı keçirilən mərasimlərdə iştiraklarını xatırlayıb və bu tədbirdən Türkiyənin qürur duyduğunu vurğulayıb. O, gələcəkdə Azərbaycanın Türkiyə ilə birgə həyata keçirəcəyi böyük layihələrin, o cümlədən TANAP layihəsinin önəmini qeyd edib.

Mövlud Çavuşoğlu iki dövlət başçısının liderliyi sayəsində ikitərəfli münasibətlərimizin bütün sahələrdə durmadan inkişaf etdiyini vurğulayıb. Qonaq Azərbaycan və Türkiyənin iştirakı ilə üçtərəfli formatda həyata keçirilən iş birliyinin regional və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsinə, bölgədə sabitliyin və iqtisadi inkişafın genişləndirilməsinə xidmət etdiyini deyib.

Söhbət zamanı “Asiyanın Qəlbi – İstanbul Prosesi” konfransının Azərbaycanda keçirilməsinin və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi baxımından önəmi vurğulanıb.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyənin prezidentinə çatdırmağı xahiş edib.

Xaber.org

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
PAYLAŞIN:

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

13 thoughts on “Prezident: Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli görüşü hadisədir

  1. 850779 896813Good to be visiting your blog once far more, it continues to be months for me. Nicely this post that ive been waited for so lengthy. I want this write-up to total my assignment within the university, and it has identical subject together along with your post. Thanks, terrific share. 551756

  2. 217159 755637There couple of fascinating points at some point in this posting but I dont determine if these folks center to heart. There is some validity but Let me take hold opinion until I check into it further. Wonderful write-up , thanks and then we want much more! Combined with FeedBurner in addition 381510

  3. 273586 680614Have you noticed the news has changed its approach recently? What used to neve be brought up or discussed has changed. It is that time to chagnge our stance on this though. 275335

  4. 144334 624432Good read, I just passed this onto a colleague who was performing some research on that. And he really bought me lunch as I located it for him smile So let me rephrase that: Thank you for lunch! 873510

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Bakıda “botoks” “əməliyyat”ı
Next post Ajda Pekkan Bakıya gəlir.