Toğrul Bağırov uzun illərdir Londonda yaşayır. O, bir zamanlar Azərbaycanda məşhur olan “Offcide +” adlı idman verilişinin aparıcısı olub. İndi aktiv jurnalistikadan bir qədər uzaqlaşsa da, futbolumuzla yaxından maraqlanır.
İngiltərənin paytaxtında yaşadığından bu dəfə onunla “Çelsi” barədə danışdıq. Axı, Londonun bu nəhəng təmsilçisi “Atletiko” və “Roma” ilə yanaşı Çempionlar Liqasının qrup mərhələsində ilk dəfə yarışacaq “Qarabağ”a rəqib olub…
– Gəlin əvvəlcə ondan başlayaq ki, CL-in qrupunda oynamaq Azərbaycan futboluna nə verəcək?
– Çempionlar Liqasında oynamaq Azərbaycan futbolu üçün öz-özlüyündə böyük bir nailiyyətdir. Artıq bütün dünya bilir ki, Azərbaycanda kifayət qədər yüksək səviyyəli bir klub var. Artıq bütün dünya azarkeşləri Azərbaycanı tanıyır. Elə sadəcə bizi sevməyənlərin buna reaksiyasına fikir versəniz, görəcəksiniz ki, bu, doğrudan da böyük bir uğurdur. Misal üçün Rusiya mətbuatı yekdilliklə öz tamaşaçıları ilə oxucularına aşılamağa çalışır ki, “Qarabağ”ın qrup mərhələsinə vəsiqə qazanmağı bir təsadüfdür. Səni sevməyən qızıcıqlanırsa, deməli, sən doğrudan da düz yoldasan.
Azərbaycan futbolunun özü üçünsə bu, bir təkan ola bilər. “Qarabağ” bu oyunlarda təcrübə toplayacaq və həmin təcrübəni ölkə çempionatında istifadə edəcək. Müvafiq olaraq, çempionatda ona qarşı oynayan komandalar da həmin təcrübəyə yiyələnməyə şans əldə edəcəklər ki, bu da Azərbaycan futbolunun ümumi səviyyəsinin artmasına gətirə bilər. Bundan əlavə, Ağdam klubunun Çempionlar Liqasındakı çıxışı Azərbaycanda futbola ümumi marağı xeyli artırdı və bu, futbol məktəblərinə uşaqların axınını xeyli artıra bilər. Bu isə milli futbol üçün çox xeyirlidir. Və həmçinin bu, sadə azərbaycanlılarda qələbə ruhu verdi, bu millətin beynəlxalq miqyasda uğurlar əldə edə biləcəyinə, yəni özlərinə inam yaratdı ki, bu da müharibə şəraitində olan bir ölkənin xalqı üçün çox vacib bir hisdir.
– Bəs, bir jurnalist kimi “Qarabağ”ın uzun illər yaşadığınız Londonun “Çelsi” klubu ilə rəqib olmasını necə qarşıladız?
– Bu xəbəri birmənalı qarşılamadım. Sözün düzü, istərdim ki, birinci səbətdən “Qarabağ”a daha asan rəqib düşsün. Digər tərəfdən isə Ağdam klubunu canlı izləyib, dəstəkləməyə imkan yarandı ki, bu da müsbət bir xəbərdir. İki il bundan əvvəl “Qarabağ”ı burada “Tottenhem”lə görüşdə dəstəkləyirdik. Ümid edirəm ki, bu dəfə ağdamlılar həmin qarşılaşmadakından daha inamla oynayacaqlar.
– İngilis mediasının “Qarabağ”a münasibəti necə oldu?
– İngilis mətbuatı yalnız qısa məlumatla kifayətlənib. Vurğuladıqları yeganə amil odur ki, Bakıya uçmaq az qala beş min kilometrdir. Belə bir uzun uçuşun “Çelsi” futbolçularını yoracağına, həmin səfərin onlara sonrakı Premyer Liqanın turunda çətinlik yaradacağına eyham edirlər.
– Bəs, yazılarda Qarabağın Azərbaycana məxsusluğu ilə bağlı nəsə olmur?
– O qədər də yox. Sadəcə olaraq, yazırlar ki, Azərbaycan çempionudur və oyunlarını Bakıda keçirir
– İngiltərədə yaşayan azərbaycanlıların bu oyuna marağı hansı səviyyədədədir?
– Maraq çox böyükdür. Artıq bir neçə nəfər mənimlə bu barədə əlaqə saxlayıb. Amma biletlər də bahadır. Manata çevirsək, ən ucuz bilet təxminən 180 manatdır. Bilmək olmaz nə qədər adam belə pulu ödəməyə hazır olacaq…
– “Stemford Bridj”dəki ab-havanı necə təsvir edərsiniz?
– “Çelsi” Londonun ən zəngin məhəlləsinin komandasıdır və onun azarkeşləri digər klublardakı həmkarlarından bir qədər fərqlənirlər. Lakin hər bir ingilis azarkeşi kimi, onlar da futbolu sevir, çox gözəl başa düşürlər və meydanda əsl idman əhval-ruhiyyəsinin olduğunu dəstəkləyirlər. Burada azarkeşlər rəqibə qarşı heç bir nalayiq hərəkət etməzlər. Elə onu demək kifayətdir ki, özünün meydandakı yumşaq desək, dürüstsüzlüyü ilə tanınan “Çelsi” hücumçusu Dieqo Kosta əla bombardirlik qabiliyyətlərilə komandaya çoxlu xal qazandırsa da, “Çelsi” azarkeşləri arasında heç də sevilən deyil. Bir sözlə, “Semfrd Bridc”dəki atmosfer hər bir İngiltərə stadionunda olduğu kimi, mötəbər və möhtəşəmdir. (qol.az)
486622 568565If you have been injured as a result of a defective IVC Filter, you must contact an experienced attorney practicing in medical malpractice cases, specifically someone with experience in these lawsuits. 67226
687206 566948You got a really great site, Gladiolus I identified it through yahoo. 359940
13448 904096Hi there! Great stuff, please do tell me when you lastly post something like that! 304348
660824 542104Utterly composed subject material , thanks for selective details . 38467
316917 639672Wow, wonderful weblog layout! How long have you been blogging for? you make blogging appear effortless. The overall look of your internet web site is great, let alone the content! 231660
978828 625885It is hard to search out knowledgeable individuals on this topic, but you sound like you realize what you are speaking about! Thanks 526635
964764 615634This design is incredible! You certainly know how to keep a reader amused. Between your wit and your videos, I was almost moved to start my own blog (well, almost…HaHa!) Excellent job. I really loved what you had to say, and more than that, how you presented it. Too cool! 2673
936081 336843Can I just now say that of a relief to locate somebody who truly knows what theyre speaking about online. You truly know how to bring a difficulty to light and function out it crucial. The diet need to see this and appreciate this side on the story. I cant believe youre no much more popular since you surely possess the gift. 159055
629371 719926Some genuinely amazing weblog posts on this internet web site , thankyou for contribution. 644953
791868 188682Proper wow messages are bound to show your and supply memorialize the speacial couple. Beginner sound system to high in volume crowds ought to always take a look at all of the wonderful value behind presenting and public speaking, which is to be someones truck. best man speeches brother 18156
81516 433612Thanks for some other fantastic post. Where else may possibly just anyone get that type of information in such an ideal indicates of writing? Ive a presentation next week, and Im at the search for such info. 270754
838345 856932I want reading by means of and I conceive this web site got some really utilitarian stuff on it! . 602361