Dekabrın 13-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hazırkı sədri Türkiyə Respublikasının təşəbbüsü ilə Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısı keçirilib.
Xaber.org Azərtac-a istnadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Zirvə toplantısında iştirak edib.
“Qüdslə həmrəylik üçün birlikdə hərəkət” devizi altında keçirilən Zirvə toplantısına 50-dək ölkədən dövlət və hökumət başçıları qatılıb.
Əvvəlcə birgə foto çəkdirildi.
Tədbir müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başladı.
Zirvə toplantısında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin Prezidenti Mahmud Abbası, digər dövlət və hökumət başçılarını salamladı.
İslamın ilk qibləsi və üç müqəddəs məscidindən biri olan Əl-Aqsanın yerləşdiyi Qüds şəhərinin tarixi və hüquqi statusuna edilən təcavüzü müzakirə etmək üçün bir araya gəldiklərini diqqətə çatdıran Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampın dekabrın 6-da beynəlxalq hüquqa məhəl qoymayaraq Qüdsü İsrailin paytaxtı kimi tanıdığını bildirdi. Rəcəb Tayyib Ərdoğan diqqətə çatdırdı ki, BMT Təhlükəsizlik Şurasının vaxtilə qəbul etdiyi qərara əsasən heç bir ölkə Qüdsdə səfirlik aça bilməz. Türkiyə Prezidenti qeyd etdi ki, Fələstin məsələsi ədalətli şəkildə həll olunmadan beynəlxalq və qlobal sülhdən söhbət gedə bilməz. Əks təqdirdə beynəlxalq hüquqa və BMT-yə etimad sarsılar. “Qüds bizim üçün qırmızı xətdir və “Hərami-Şərif” əbədiyyətə qədər müsəlmanların olacaq”, – deyən Rəcəb Tayyib Ərdoğan Sammit iştirakçılarını Qüdsü Fələstin Dövlətinin işğal altında olan paytaxtı kimi tanımağa dəvət etdi və müstəqil Fələstin Dövləti ideyasından heç vaxt vaz keçməyəcəklərini bildirdi.
Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas bütün dünya ölkələrinin Donald Trampın qərarına qarşı olduğunu və göstərilən həmrəyliyin bu niyyətin həyata keçməyəcəyinə əminlik yaratdığını vurğuladı. “Bütün ümmət birləşərək Qüdsün işğalına qarşı mübarizə aparmalı, bu şəhərin xarakterinin dəyişdirilməsinə icazə verməməlidir”, – deyən Mahmud Abbas ABŞ Prezidentinin bu addımının beynəlxalq müqavilələri və BMT Təhlükəsizlik Şurasının qərarlarını açıq təhdid etdiyini və bununla da Birləşmiş Ştatların sülh prosesində vasitəçilik missiyasını itirdiyini diqqətə çatdırdı. “Qüds əvvəllər də olduğu kimi, Fələstin Dövlətinin paytaxtı olacaq, əks təqdirdə sabitlikdən və sülhdən söhbət gedə bilməz”, – deyən Mahmud Abbas vurğuladı ki, Fələstin Dövlətinin tanınması prosesi sürətləndirilməlidir.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev çıxış etdi.
-Bismillahir-rəhmanir-rəhim.
Hörmətli Türkiyə Respublikasının Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan.
Hörmətli baş katib.
Zati-aliləri.
Zirvə görüşünün iştirakçıları.
İlk növbədə, fövqəladə İslam Zirvə görüşünün təşkilinə görə Prezident Ərdoğana təşəkkür edirəm. Prezident Ərdoğanın təşəbbüsü ilə keçirilən bu Zirvə görüşü Türkiyənin İslam həmrəyliyi işinə verdiyi töhfənin növbəti təzahürüdür.
Amerika Birləşmiş Ştatları Prezidentinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnaməsinə zidd olan Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı qərarı bizdə böyük narahatlıq yaradır. Bu qərar Fələstin-İsrail münaqişəsinin ədalətli və hərtərəfli nizama salınması işinə mənfi təsir edə, Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara bilər. Hesab edirik ki, Amerika Birləşmiş Ştatları bu qərara yenidən baxmalıdır.
Azərbaycan ardıcıl olaraq Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həllini dəstəkləyir. Bir neçə il bundan əvvəl Azərbaycan Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis konfransına və Qüds şəhərinin inkişafına dəstək məqsədilə donor konfransına ev sahibliyi etmişdir. 2017-ci ilin iyul ayında Azərbaycanda BMT-nin Fələstin xalqının ayrılmaz hüquqlarının həyata keçirilməsinə dair komitənin, BMT-nin humanitar məsələlər üzrə əlaqələndirmə ofisinin, İƏT və müxtəlif qeyri-hökumət və vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə Qüds məsələsinə dair beynəlxalq konfrans keçirilmişdir. Konfransda Şərqi Qüdsün işğalı və Əl-Aqsa məscidində ibadət edənlərə qarşı tətbiq olunan məhdudiyyətləri qınayan bəyanat qəbul edilmişdir. Biz hər zaman olduğu kimi, bu gün də Fələstin xalqının yanındayıq.
Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfə verir, biz İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüyük. Azərbaycanın təşəbbüsü ilə İƏT Gənclər Forumu, İƏT Əmək Mərkəzi və İƏT-ə üzv dövlətlərin Jurnalistlər Assosiasiyası yaradılmışdır. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilib. Azərbaycan islamofobiyaya qarşı fəal mübarizə aparan ölkələrin ön sırasındadır. 2017-ci ildə Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilib. Bu möhtəşəm idman, dostluq, qardaşlıq bayramı bir daha bütün dünyaya göstərdi ki, İslam sülh, mərhəmət, bərabərlik dinidir.
Əməkdaşlığı və qarşılıqlı dəstəyi gücləndirmək üçün digər bir imkan bu ay Bakıda keçiriləcək “İslam Həmrəyliyi İli”nin qeyd olunması ilə bağlı beynəlxalq konfrans olacaqdır.
Fürsətdən istifadə edərək, İƏT-ə, onun üzv dövlətlərinə və dünyadakı müsəlman cəmiyyətlərinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana göstərdikləri ədalətli dəstəyə görə təşəkkürümü ifadə etmək istərdim. İyirmi ildən artıqdır ki, Ermənistan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu daxil olmaqla 20 faiz torpaqlarını işğal altında saxlayır. Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpaqlarıdır. Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. İşğal olunmuş ərazilər tamamilə etnik təmizləməyə məruz qalmış və talan edilmişdir. Ermənistan məscidlər və İslam abidələri daxil olmaqla, bütün mədəni abidələri məhv etmişdir.
Bununla bərabər, Ermənistan müxtəlif müsəlman ölkələri ilə dostluq münasibətləri qurmaq istəyir. Bu, ən böyük riyakarlıqdır. Dünya müsəlmanları bilməlidirlər ki, müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz.
1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir. Lakin Ermənistan onları yerinə yetirməkdən imtina edir. İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar oxşar qərar və qətnamələr qəbul etmişdir. Azərbaycan heç vaxt erməni işğalı ilə barışmayacaq, münaqişə yalnız və yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri, ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Təşəkkür edirəm.
Xaber.org
929934 683026Aw, it was a very excellent post. In thought I would like to devote writing such as this furthermore,?C spending time and specific function to produce an excellent write-up?- nonetheless so what can I say?- I waste time alot and never at all seem to obtain 1 thing completed. 635308
377436 521076Fantastic beat ! I wish to apprentice although you amend your internet site, how can i subscribe for a weblog site? The account aided me a appropriate deal. I had been a little bit acquainted of this your broadcast provided bright clear thought 68211
603417 78363Exceptional post however , I was wanting to know if you could write a litte a lot more on this topic? Id be extremely thankful if you could elaborate slightly bit a lot more. Thanks! 153534
62030 855224very good post, i undoubtedly genuinely like this outstanding website, carry on it 587172
182641 445030As I website owner I conceive the content material material here is rattling excellent , thanks for your efforts. 225228
599116 893872I really happy to uncover this web site on bing, just what I was seeking for : D too bookmarked . 827526
500613 392086Some genuinely good and utilitarian info on this website, as effectively I believe the style has got fantastic capabilities. 693228
182476 85556You will be able use all sorts of advised attractions with various car treatments. A quantity of sell traditional tools numerous demand families for almost any event for any investment district, or even for a holiday in new york. ???? ??? ?????? ????? 216797
351857 419097I came across this very good from you out of sheer luck and never feel lucky enough to say also credit you for any job nicely done. 846953
709899 413370Thanks so considerably for yet another post. I be able to get that kind of details info. friend, and exactly. 678180
839124 924370I surely did not realize that. Learnt some thing new these days! Thanks for that. 800413
927372 728770Thank you for sharing with us, I conceive this internet site genuinely stands out : D. 494156
968101 302278A very good clear cut answer and a fantastic concept. But how do I post any function on this website is another question. The Foureyed Poet. 11702
584325 547816I believe this web site has some truly excellent information for everybody : D. 402097
285242 799212Outstanding weblog here! after reading, i decide to buy a sleeping bag ASAP 995371
841926 962069Aw, i thought this was quite a good post. In concept I would like to devote writing such as this moreover – spending time and actual effort to produce an excellent article but exactly what do I say I procrastinate alot by no indicates manage to get something done. 278480