Arvadına mesaj yazamaqda və onu narahat edən şəxsə işgəncə verməkdə təqsirli bilinən Kürdəmir rayon sakini, 1974-cü il təvəllüdlü Mübariz Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mübariz Əhmədovun qonşusu Elsevər Məmmədovun onun arvadı Flora Əhmədovaya dəfələrlə zəng edib, onu narahat edib.
Bu səbəbdən Mübariz Əhmədov 6 may 2017-ci il tarixdə, saat 23-də Elsevər Məmmədovu yaşadığı küçədə görüb və birlikdə Kürdəmir rayonunun Xırdapay kəndinin kənarında yerləşən boş sahəyə gəlib. Orada həmin məsələ ilə əlaqədar şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı yumruq və təpiklə Elsevər Məmmədovun üz, bədəninin müxtəlif nahiyələrinə qəsdən vurub.
“Arvadıma mesaj yazıb”
İstintaq orqanı Mübariz Əhmədova Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham elan edib.
Təqsirləndirilən şəxs qismində ifadə verən Mübariz Əhmədov bildirib ki, Elsevər Məmmədovu tanıyır və onunla həmkəndlidir: “Elsevərin bir müddət əvvəl arvadım Floraya zəng etməsindən və mesajlar yazmasından şübhələnmişəm. Buna görə də aramızda söz-söhbət olub. Lakin dava-dalaş baş verməyib. Elsevərə həmin ərəfələrdə belə bir şeyin təkrarlanmaması üçün xəbərdarlıq etmişəm. Buna baxmayaraq Elsevər yenə də arvadımın istifadə etdiyi mobil telefon nömrəsinə zəng edib və mesaj yazıb”.
Mübariz Əhmədovun ifadəsinə görə, Kürdəmir rayonu Xırdapay kəndi tərəfə gedərək yoldan xeyli kənara düşüb və orada avtomobili saxlayıblar: “Elsevər avtomobilə əyləşərkən əlində olan mobil telefon yerə düşüb. Həmin telefonu götürdüm və arvadıma aid telefonda nəsə olub-olmadığına baxmaq istədim. Lakin telefon kodda olduğu üçün baxa bilmədim və telefonu Elsevərə qaytardım. Sonra Elsevəri avtomobildən yerə düşürərək “sən, niyə görə mənim ailəmə sataşırsan” deyə soruşdum. Elsevər bunu etiraf etmədi. Buna görə də yumruqla Elsevərin burun nahiyəsindən vurdum. Elsevər yerə yıxıldıqdan sonra onun bədəninin sağ nahiyəsinə təpiklədim. Qardaşım Asif isə Elsevərə bir iki şillə vurdu. Elsevərin üzərində olan paltarları cıraraq özümlə götürdüm ki, kənarda atım. Elsevər Məmmədova qarşı şəxsiyyətini alçaldan hərəkətlər etməmişəm”.
“Arvadı ilə münasibətdə olmağımı düşünüb”
Zərərçəkmiş Elsevər Məmmədov bildirib ki, 2017-ci ilin martında Mübariz Əhmədovla aralarında mübahisə olub, Mübariz Əhmədov həyat yoldaşı Flora Əhmədovanın mobil telefonunda onun nömrəsini gördüyündən ona zəng etdiyini və onunla münasibətimin olduğunu düşünüb: “Mayın 6-da isə axşam saat 23-də dostumun toyundan çıxaraq taksi ilə öz evimə gəlirdim. Küçəmizin başında taksidən düşdüm. Öz evimə gedərək küçə qapısını açmaq istəyəndə iki nəfər məni arxadan tutdu. Onlar məni təpiklə vuraraq küçənin başında dayanan Zaur Kərimovun avtomobilinə mindirdilər. Avtomobilə əyləşdikdən sonra Mübariz və Asif məni yumruqla vurdu. Sonra məni maşında döyə-döyə Kürdəmir rayonunun Sor-sor kəndi ərazisi istiqamətində apararaq orada yoldan çıxdıqdan bir qədər sonra boş sahəyə gətirdilər. Məni avtomobildən yerə düşürtdükdən sonra yerdə hər ikisi yumruq təpiklə bədənimin müxtəlif nahiyələrinə vuraraq mənə xəsarətlər yetirdilər”.
“Arvadı ilə yazışıb-danışdığıma görə döyülmüşəm”
Elsevər Məmmədovun sözlərinə görə, gecə qaranlıq olduğundan orada kimin hansı nahiyəsindən vurduqlarını görə bilməyib: “Lakin hər ikisi yumruq və təpiklə bədənimin müxtəlif nahiyələrinə vurublar. Orada Mübarizin arvadı ilə yazışıb-danışdığıma görə döyülmüşəm. Məni döydükdən sonra Mübariz Əhmədov əynimdəki paltarları cırdı. Sonra məni sahədə lüt qoyaraq getdilər. Lüt vəziyyətdə piyada Kürdəmir şəhərinin dörd yol deyirən yerə gəldim. Oradan da tanımadığım taksi ilə öz evmizə yollandım. Əynimi geyinəndən sonra şikayət etmək üçün Kürdəmir rayon polis şöbəsinə gəldim. Baş verənləri polisə danışmışam”.
“Dedi ki, Elsevəri çöllük əraziyə apardıq, dərsini verdik”
Şahid qismində dindirilən Flora Əhmədovanın sözlərinə görə, hadisədən bir neçə ay qabaq tanımadığı mobil telefondan ona zəng gəlib: “Həmin zaman ərim Mübariz də yanımda olub. Zəng etmiş şəxs səsini çıxardıqda qonşumuz Elsevər olduğundan şübhələnmişəm. Elsevər bir neçə dəfə mənə zənglər edib və mesajlar yazıb. Mayın 6-da əvvəlcə günorta saatlarında yenə də həmin nömrədən zəng gəlib. Həmin vaxt da ərim yanımda idi. Ərim telefonu götürərək mikrofona qoyaraq danışmağımı tapşırıb. Telefonu açdım. Həmin şəxs “alo” dedi. Onun səsindən Elsevər olduğunu tanıdım. Yenə də ərimə heç nə demədim. Həmin gün saat 23-də evdə olduğum zaman ev telefonuna zəng gəldi. Ev telefonu gələn zəngləri müəyyən edildiyindən, zəng gələn nömrəni gördük. Həmin zaman isə evin pəncərəsinə daş atıldı. Ərim küçəyə çıxanda həmin şəxsin Elsevər olduğunu gördü. Bundan artıq bezən ərim əsəbiləşərək qardaşı Asif Əhmədovu və mənim əmim oğlu Zaur Kərimovu zəng etdi. Asif onlara gəldikdən sonra küçədə qonşuları narahat etməsinlər deyə Elsevəri çağırdı, Zaurun maşını ilə kənar heç kəsin olmadığı bir yerdə başa salmağa getdilər. Bir az sonra ərim evə gəldi. Ərimdən nə baş verdiyini soruşdum. Mübariz dedi ki, Elsevəri çöllük əraziyə apardıq, orada dərsini verdk. Mübariz əməllərdən nəticə çıxartsın deyə, Elsevəri yüngül döydüklərini dedi”.
Kürdəmir rayon Məhkəməsinin hökmü ilə Mübariz Əhmədov aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum edilib.
Hökmündən narazı qalan zərərçəkmiş Elsevər Məmmədov apelyasiya şikayəti verib. O, şikayətində Mübariz Əhmədovla yanaşı Asif Əhmədov və Zaur Kərimovun da məsuliyyətə cəlb edilməsini istəyib.
Zərərçəkmiş hansı maddələrlə ittiham verilməsini istəyib?
Elsevər Məmmədov qeyd edib ki, bu şəxslər onun azadlığını məhdudlaşdırıblar. Zərərçəkmiş təqsirləndirilən Mübariz Əhmədov və işdə adları şahid qismində keçən Asif Əhmədov və Zaur Kərimov Cinayət Məcəlləsinin 133.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən əzab vermə), 133.2.6-cı (işgəncə verməklə əzab vermə), 145.2.4-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən qanunsuz azadlıqdan məhrum etmə), 145.2.5-ci (zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə qanunsuz azadlıqdan məhrum etmə), 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək) maddələri ilə cinayət əməlləri törədiblər.
Zərərçəkmişin şikayətinə Şirvan Apelyasiya Məhkəməsində baxılıb. Hakim Zəki Babayevin sədrliyi ilə baş tutan prosesdə Elsevər Məmmədovun apelyasiya şikayətinin dəlilləri araşdırılıb.
Araşdırma aparan hakim heyəti sonda qərar elan edib. Qərara görə, Elsevər Məmmədovun apelyasiya şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb./Publika.az
Xaber.org
587890 160272Im so happy to read this. This is the type of manual that needs to be given and not the accidental misinformation thats at the other blogs. Appreciate your sharing this greatest doc. 969434
926060 194933I conceive this site contains some rattling superb information for everyone : D. 938118
159694 600160This internet internet site is my breathing in, genuinely good layout and perfect content material . 890853
914342 843322I like this weblog really considerably, Its a rattling good billet to read and find info . 176784
125939 39935This web site is really a walk-through it genuinely may be the details you wanted concerning this and didnt know who to inquire about. Glimpse here, and youll completely discover it. 25870
124035 20989quite excellent post, i undoubtedly actually like this superb web site, continue it 186049
981461 302404I got what you intend,bookmarked , really decent web site. 754085
599581 383796This design is steller! You most definitely know how to keep a reader entertained. Between your wit and your videos, I was almost moved to start my own blog (properly, almostHaHa!) Wonderful job. I truly loved what you had to say, and much more than that, how you presented it. Too cool! 608293
944815 121538Just wanna input on few general issues, The site layout is perfect, the articles is extremely superb : D. 534985
974602 231224woah i like yur site. It genuinely helped me with the information i wus looking for. Appcriciate it, will bookmark. 966727
138480 14458Oh my goodness! an exceptional article dude. Thank you Nonetheless Im experiencing problem with ur rss . Do not know why Cannot register for it. Could there be any person getting identical rss difficulty? Anybody who knows kindly respond. Thnkx 561342
253830 368468This site is often a walk-through like the info you wanted in regards to this and didnt know who to question. Glimpse here, and youll definitely discover it. 472596
161926 974116Yay google is my world beater assisted me to locate this great site! . 651030
540202 598813I think your suggestion would be useful for me. I will let you know if its work for me too. Thank you for sharing this beautiful articles. thanks a lot 130549
328429 253089my grandmother is always into herbal stuffs and she always say that ayurvedic medicines are the best stuff 280541