Read Time:21 Second
“Medipol Başakşehir”in hücumçusu Emmanuel Adebayor 2013-cü ildə dünyasını dəyişən qardaşının oğlunu himayəsinə götürüb. Xaber.org goal.az-a istinadən xəbər verir ki, 33 yaşlı forvard bu barədə İnstagram səhifəsində yazıb.
“Məni tanıyanlar artıq bizim aramızda olmayan böyük qardaşım Piteri də tanıyır. Bu oğlan onundur. Bu gün rəsmən mənim oğlum oldu. İlk övladım Junior Emmanuel Adebayoru sizə təqdim edirəm”.
Toqolu futbolçu daha öncə ailə üzvləri ilə münasibətləri kəsdiyini bildirmişdi.
Xaber.org