“Yüksək Səviyyəli Seqmentin başlanğıcından etibarən biz müxtəlif dövlətlərin yüksək vəzifəli nümayəndələri tərəfindən öz ölkələrində insan hüquqlarının qorunması sahəsində əldə edilən nailiyyətlər barədə həvəslə danışmaqlarını izləyirik. Ermənistanın xarici işlər naziri isə dünənki çıxışının əksər hissəsini öz ölkəsi əvəzinə Azərbaycana həsr etmişdir. Buradan belə bir qənaətə gəlmək mümkündür ki, Ermənistan naziri öz ölkəsində insan hüquqlarının təşviqi və qorunması sahəsində Şura ilə bölüşməyə dəyən bir yenilik tapa bilməmişdir. Bunun əvəzinə o, çıxışını Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı təkzibolunmaz dəlilləri inkar etməyə, Xocalıda törədilmiş insanlıq əleyhinə cinayətləri təkzib etməyə və Azərbaycanın müstəqillik qazanmasından əvvəlki dövrdə baş verən faciəvi hadisələrlə bağlı yersiz ittihamlarla mənim ölkəmə hücum etməyə həsr etmişdir”.
Xaber.org Milli.Az -a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Cenevrədə yerləşən beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin birinci katibi Yalçın Rəfiyev BMT-nin İnsan Hüquqları Şurasında Ermənistan Respublikasının xarici işlər naziri Edvard Nalbandyanın Yüksək Səviyyəli Seqmentdə çıxışına qarşı cavab hüququndan istifadə edərkən bildirib.
Onun sözlərinə görə, ölçüyəgəlməz sayda mövcud olan təkzibolunmaz dəlillər sübut edir ki, Ermənistan Azərbaycana qarşı müharibəni başlatmış, Azərbaycana hücum etməklə Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlar daxil olmaqla onun ərazilərini işğal etmiş, kütləvi surətdə etnik təmizləmə həyata keçirmiş və işğal olunmuş ərazilərdə etnik separatçı qurum yaratmışdır: “Müharibənin gedişində Ermənistanın hərbi rəhbərliyi tərəfindən mülki Azərbaycan əhalisinə qarşı ən qəddar beynəlxalq cinayətlər törədilmişdir.
Dünənki çıxışı zamanı Ermənistan naziri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən və artıq 26 ildir Ermənistanın işğalı altında olan Xocalı rayonunun adını çəkmişdir. İcazə verin 1992-ci ildə Xocalıda nə baş verdiyi barədə iştirakçıları məlumatlandırım. Həmin il 25 fevral tarixindən 26 fevrala keçən gecə Xocalının günahsız mülki sakinləri Ermənistan hərbi qüvvələri tərəfindən bəşəriyyət tarixinin indiyə qədər görmüş olduğu ən qəddar vəhşiliklərdən birinə və müharibə cinayətlərinə məruz qalmışdır. Nəticədə qadınlar, uşaqlar və yaşlılar daxil olmaqla 613 azərbaycanlı qətlə yetirilmişdir. Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan Xocalıda törədilən soyqırımda şəxsən iştirak edərək vəhşilikləri törədən qüvvələrə komandanlıq etmişdir. Bu məqamda prezident Sarkisyanın 2003-cü ildə Böyük Britaniyadan olan jurnalist Tomas de Vaala müsahibəsini xatırlarmaq istərdim. Müsahibədə Sarkisyan Xocalı soyqırımını belə xatırlamışdır: “Xocalıdan əvvəl azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki insanlara əl qaldıra bilməzlər. Amma biz bu stereotipi sındıra bildik”. Bu cümlələrlə Ermənistan prezidenti əslində, Azərbaycan tərəfinin müharibə şəraitində olsa belə, beynəlxalq humanitar hüquq çərçivəsində qarşı tərəfdən sadəlövh gözləntilərini və sonradan bu gözləntilərdə necə yanıla bildiyini çox gözəl təsvir etmişdir”.
Y.Rəfiyev Ermənistan nazirinin çıxışı zamanı BMT qurumlarının Dağlıq Qarabağ bölgəsində insan hüquqlarının vəziyyətini qiymətləndirmək üçün əraziyə səfər etməsinin zəruri olduğunu deməsinə də münasibət bildirib: “Bu xüsusda, Ermənistan xarici işlər nazirinə xatırlatmaq istərdim ki, məhz onun ölkəsi tərəfindən həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hüquqları kobud şəkildə pozulmuş, əhalisinin 1 nəfər belə nümayəndəsi hazırda həmin ərazidə yaşamır. Onlar məcburi köçkün qismində Azərbaycanın işğal altında olmayan digər şəhərlərində yaşayırlar. Əgər BMT qurumları Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar insan hüquqları pozuntularını qiymətləndirmək niyyətində olsalar, onlar Azərbaycanın məcburi köçkünlərinin vəziyyətini öyrənmək üçün Azərbaycana gələ bilərlər”.
Nalbandyanın Sumqayıtda baş verən faciəvi hadisələrlə əlaqədar ifadə etdiklərinə gəldikdə isə, azərbaycanlı nümayəndə belə deyib: “SSRİ Mərkəzi hakimiyyət orqanları tərəfindən həyata keçirilmiş istintaq tədbirləri nəticəsində Sumqayıtda baş verən hadisələri törədənlər olaraq etnik erməni mənşəli Eduard Qriqoryan və Jirayr Azizbekian müəyyən edilmiş və onlar digərləri ilə birlikdə hüquqi məsuliyyətə cəlb edilmişlər. İstintaq zamanı toplanmış materialların təhlili təsdiq edir ki, Sumqayıtda törədilən iğtişaş Azərbaycana qarşı Ermənistan və SSRİ kəşfiyyat qurumları tərəfindən təşkil olunmuş təxribat olmuşdur. Bu fakt Ermənistan prezidenti Serj Sarkisyanın 2005-ci ilin 30 mart tarixində Ermənistan parlamentində keçirilmiş dinləmələr zamanı səsləndirdiyi bəyanatda da öz təsdiqini tapmışdır: “Sumqayıtda baş verən iğtişaşın və şəhərin erməni sakinlərinin kütləvi qətlinin Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin nəzarəti altında törədildiyinə dair kifayət qədər əsaslar var””.
Birinci katib Ermənistanın Azərbaycan əraziləri işğal etməsi və 1 milyondan çox azərbaycanlının qaçqın və köçkün düşməsi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib: “Təəssüf ki, beynəlxalq ictimaiyyət Azərbaycanın 1 milyondan artıq qaçqın və məcburi köçkünlərinin hüquqlarının kobud şəkildə pozulmasını illərdir sükutla izləyir. Bununla əlaqədar, mən hazırkı qeydlərimi məşhur bir yazıçıdan sitat gətirmək vasitəsilə beynəlxalq ictimaiyyətə müraciətlə bitirmək istərdim: “Əgər bir haqsızlıq görürsənsə, onu görməyə bilməzsən və əgər bu haqsızlığı görüb ona münasibət bildirmirsənsə, bu sükut həmin haqsızlıq barədə danışmaq qədər siyasi bir əməldir”. Biz bütün dövlətləri Azərbaycanın qaçqın və məcburi köçkünlərinin üzləşdiyi haqsızlıqlara sükutla yanaşmamağa və onların hüquqlarının bərpasına dəstək verməyə çağırırıq”.
593677 623924Hmm is anyone else having issues with the images on this weblog loading? Im trying to figure out if its a issue on my end or if it is the blog. Any responses would be greatly appreciated. 13564
416627 19093Hi, in the event you want to get higher rankings, you should take a look at the plugin I left in my link, it will help. 67438
681975 91226Should tow line this caravan together with van trailer home your entire family fast get exposed to the issues along with reversing create tight placement. awnings 390084
455872 728793Im sure your publish and internet internet site is incredibly constructed 517820
110455 250984Somebody necessarily assist to make seriously articles I may possibly state. That could be the extremely initial time I frequented your internet page and to this point? I surprised with the research you created to make this actual put up remarkable. Fantastic task! 211485
999394 95396Lovely sharp post. Never considered that it was that simple. Praises to you! 570344
807247 901437Fantastic info, greater nonetheless to uncover out your blog that has a terrific layout. Nicely done 170411
544414 573568informatii interesante si utile postate pe blogul dumneavoastra. dar ca si o paranteza , ce parere aveti de inchirierea apartamente vacanta ?. 95387
424743 504280I truly got into this post. I discovered it to be fascinating and loaded with exclusive points of interest. I like to read material that makes me feel. Thank you for writing this great content material. 513169
879036 266607Extremely fascinating topic , appreciate it for posting . 998387
935282 263177I appreciate you taking the time to create this post. It has been genuinely valuable to me undoubtedly. Value it. 143825