Skip to content
16 May 2025
  • Facebook
  • İnstagram
  • Youtube
  • Twitter

XƏBƏR TV

www.xaber.org

Primary Menu
  • Ana səhifə
  • Siyasət
    • Münaqişə
  • İqtisadiyyat
  • Cəmiyyət
    • Redaktorun seçimi
    • Oxucu məktubları
    • Təhsil
    • Sağlamlıq
    • Media
    • Din
  • Mədəniyyət
    • İncəsənət
    • Elm və texnologiya
    • Ədəbiyyat
  • Şou-biznes
  • Hadisə
    • Kriminal
    • Maraqlı
  • İdman
Şuşa sən azadsan!
  • Home
  • Sənət adamlarınn orucluq təəssüratları: “İnsan olmaq lazımdır” – SORĞU + FOTO
  • Din

Sənət adamlarınn orucluq təəssüratları: “İnsan olmaq lazımdır” – SORĞU + FOTO

admin 27 Mart 2023
ramazan ayı
0 0
Read Time:1 Minute, 17 Second

Artıq Ramazan ayının 5-ci günüdür. Müşahidələr göstərir ki, oruc tutanların sayı il boyu ibadət edənlərdən daha çoxdur. Məşhurların oruc tutub-tutmaması hər zaman marağa səbəb olub.

Bəs görəsən, məşhurlar arasında kimlər oruc tutur?

Bəstəkar mahnılarının mahir ifaçısı Əli Mirəliyev ibadət etmədiyini söyləyib:

“Mən elə ilin on iki ayı oruc tuturam. Sözün düzünü desəm, elə daim oruc sayılıram. Günorta yerimdən qalxıram. Şirin çayımı içirəm, vəssalam. Bir də axşam 7-8 arası çörək yeyirəm. Bu hər zaman belə olub. Xaricdə də olanda belə edirəm. Bütün günü ac qalıram. Ona görə də formadayam. Yoxsa bəzi müğənnilər var ki, pencəklərini bağlaya bilmirlər. Lakin mən elə problemlərlə rastlaşmamışam. Heç vaxt mənə kökəlmisən deyilməyib”.

Ə.Mirəliyev bəzi xəstəliklər səbəbindən ibadət edə bilmədiyini əlavə edib:

“Bu ayda xüsusi ibadət etmirəm. Yalandan deyə bilmərəm. Özüm seyid olsam da, etmirəm. Məndə bəzi xəstəliklər var. Şəkər xəstəliyindən əziyyət çəkirəm. Buna görə, ibadət edə bilmirəm. İstəsəm də, oruc tuta bilmərəm. Namaz da qılmıram. Səhhətim imkan vermir”.

Müğənni Mətanət Əsədova haqq yolunda olduğunu bildirib:

“İlk öncə müsəlman xalqına dözüm və səbir arzulayıram. Allah oruc tutub, namaz qılan müsəlmanlara qüvvət versin. Mən haqqın, Allahın yolundayam. Məni daxilən tanıyan insanlar bilir. Ətrafımda da elə insanlar çoxdur. Mən çox vaxt Allahın evindəyəm”.

M.Əsədova sağlamlığının yol vermədiyi üçün bu il oruc tuta bilmədiyini deyib:

“Oruc vaxtı ilə tutmuşam. Sağlamlığım səbəbindən indi tuta bilmədim. Tutmağı düşünürdüm. Orucun insana çox xeyri var. Sağlamlıq cəhətdən də elədir. Dərmanlara görə alınmadı.

İbadəti sidq ürəkdən etmək lazımdır. Rol oynamağa ehtiyac yoxdur. Allaha şəkk gətirməyənlərin yanındayam. Mən yalnız özümə cavabdehəm. Kimisə ibadət etməyə zorlamaq olmaz”.

Xaber.org

Share

Facebook
Twitter
Pinterest
LinkedIn

About Post Author

admin

huquqinfo@gmail.com
https://xaber.org
Happy
Happy
0 0 %
Sad
Sad
0 0 %
Excited
Excited
0 0 %
Sleepy
Sleepy
0 0 %
Angry
Angry
0 0 %
Surprise
Surprise
0 0 %
Post Views: 131
PAYLAŞIN:

Continue Reading

Previous: İtaliya nəhəngi Messini transfer etmək istəyir
Next: Türkiyənin ilk silahlı pilotsuz uçuş aparatı “Bayraktar TB3” “TEKNOFEST”də sərgilənəcək – FOTO

Oxşar mövzular

Ramazan 11
  • Din

Ramazan ayının 11-ci gününün iftar və namaz vaxtları – FOTO

admin 02 Aprel 2023
1473665955_1
  • Din

Azərbaycanda Qurban bayramı qeyd olunur

xaber-redaktor 01 Sentyabr 2017 83

Bütün yazılar

1727624864_4
  • Cəmiyyət

Cəbrayıl şəhərinə ikinci köç karvanı oktyabrın 28-də baş tutacaq

xaber-redaktor 30 Sentyabr 2024
1727622927_3
  • Siyasət

Cinayət əməllərinə görə Ermənistan dövlət səviyyəsində məsuliyyət daşıyır – İlham Əliyev

xaber-redaktor 30 Sentyabr 2024
1430f2ffec1b8cedb0c03d743a0e4613
  • Dünya

“Hizbullah”ın yeni lideri BU ŞƏXS oldu

xaber-redaktor 30 Sentyabr 2024
3ec8f537-e428-357d-b9c4-1a84d6de1d81_850
  • İdman

Azərbaycanın daha bir gimnastı Monteneqroda qızıl medal qazanıb

xaber-redaktor 28 Sentyabr 2024
  • Haqqımızda
  • Facebook
  • İnstagram
  • Youtube
  • Twitter
Copyright 2024 © xaber.org All rights reserved. | MoreNews by AF themes.