Azərbaycanlı Rusiyanın “Əməkdar həkimi” adına layiq görüldü

Read Time:36 Second

Soydaşımız Rusiyada “Əməkdar həkim” fəxri adına layiq görülüb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin soydaşımız Fuad Əliyevə “Rusiya Federasiyasının əməkdar həkimi” adının verilməsi barədə sərəncam imzalayıb.

Tümen Dövlət Tibb Universitetinin cərrahiyə kafedrasının müdiri Fuad Əliyev tibb sahəsindəki xüsusi xidmətlərinə görə, bu mükafata layiq görülüb.

Qeyd edək ki, Fuad Əliyev 1965-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Darbaz kəndində doğulub. 1987-ci ildə Tümen Dövlət Tibb İnstitutunu bitirdikdən sonra şəhər əhalisinə təcili yardımın göstərildiyi 1 nömrəli klinik xəstəxanada çalışıb. O, ordinatordan ali kateqoriyalı cərrahadək, cərrahiyyə bölməsinin müdiri vəzifəsinədək yol keçib, Tümen Dövlət Tibb Akademiyasının ümumi cərrahiyyə kafedrasının müdiri təyin edilib.

Fuad Əliyev 5 monoqrafiyanın, 280 elmi məqalənin, 10 ixtiranın müəllifidir.

Xəbər.org

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
PAYLAŞIN:

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Neft sənayesi işçilərinə orden, fəxri ad və Prezidentin fərdi təqaüdü verilib – SİYAHI
Next post Aygün Kazımovaya qadağa qoyuldu – SƏBƏB