Sonuncu dəfə Star TV-də yayımlanan “Cəsur və Gözəl”də rol alan Kıvanç Tatlıtuğ yeni serialda yer alacaq. Məşhur akyor 6 ay fasilədən sonra yenidən ekranlara geri qayıdacaq. Kıvanç artıq danışıqlara başlayıb. Aktyor “Cəsur və Gözəl”i ərsəyə gətirən şirkətlə müqavilə bağlayıb. Tatlıtuğ bu dəfə bir bölüm üçün 250 min TL, aylıq 1 milyon TL qonorar alacaq. Qeyd edək ki, tanınmış sima sonuncu dəfə Sinem Kobalın da rol aldığı “Gecelerin ötesi” adlı layihəyə çəkilməkdən imtina edib. (Qafqazinfo) Post Views: 2. 272 PAYLAŞIN: Yazı naviqasiyası Ədalət Şükürov: Şou aləmində məndən də varlıları var Ebru Gündeş Bakıda toyda – VİDEO