UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində “Olimpiakos” ilə oyun “Barselona” futbol klubunun hücumçusu Messi üçün əlamətdar olub. Messi görüşün 61-ci dəqiqəsində fərqlənməklə avrokuboklarda vurduğu qolların sayını 100-ə çatdırıb. Otuz yaşlı argentinalı futbolçu qolların 97-sini Çempionlar Liqasında, 3-nü isə Avropa Super Kuboku yarışlarında vurub. https://www.youtube.com/watch?v=bbX-JSKUXRA Qeyd edək ki, Messi yalnız Kriştiano Ronaldodan geri qalır. Belə ki, portuqaliyalı futbolçu avrokubolarda 113 qol vurub. Post Views: 1. 234 PAYLAŞIN: Yazı naviqasiyası “Atletiko Madrid”in oyunçuları Bakıya gəldi İspaniya mətbuatı Azərbaycan futbolundan yazdı