İspaniyanın nüfuzlu idman nəşri olan “AS” qəzeti futbol üzrə Topaz Premyer Liqasının sonuncu turundan yazıb. Turunun mərkəzi qarşılaşması olan “Qəbələ”-“Qarabağ” oyunu haqqında ətraflı məlumat verilib. Məqalədə qeyd olunub ki, bu turda “Qəbələ”yə uduzmasına baxmayaraq, “Qarabağ” çempionatda liderliyini qoruyur. Yazıda 9-cu turun digər qarşılaşmasında “Sumqayıt”a 1:2 hesabı ilə məğlub olan “Zirə”nin üçüncü pilləyə gerilədiyi vurğulanıb. Xatırladaq ki, Topaz Premyer Liqasının 9-cu turunun sonuncu və mərkəzi qarşılaşmasında “Qəbələ” doğma meydanda “Qarabağ” komandasına 1:0 hesabı ilə qalib gəlib. Hazırda hər iki komandanın 19 xalı olsa da, bir oyun az keçirən ağdamlılar top fərqinə görə liderliyi davam etdirirlər. Post Views: 1. 671 PAYLAŞIN: Yazı naviqasiyası Lionel Messi avrokuboklarda 100-cü qolunu vurdu – VİDEO Tarixi nəticə: “Qarabağ” Madriddə 1 xal qazandı – YENİLƏNİB