Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat katibi Oqtay Bayramov işdən ayrılması ilə bağlı mediaya açıqlama verib. O, FHN-dən getməsini ailə məsələləri ilə əlaqələndirib. Bayramov qurumdan öz istəyi ilə ayrılmayıb. O, nazir Kəmaləddin Heydərovun göstərişi ilə işdən çıxmaq barədə ərizə yazıb. Səbəb isə yol verdiyi nöqsanlar olub. Daha bir məqam isə Oqtay Bayramovla yanaşı FHN-in ictimaiyyətlə əlaqə idarəsinin rəisi Səbuhi Ağayevin də vəzifəsindən azad olunmasıdır. O, eyni zamanda Kəmaləddin Heydərovun köməkçisi idi. Qeyd edək ki, oktyabrın əvvəlində FHN-də 6 saat davam edən iclas keçirilib və sözügedən iclasdan sonra bəzi şəxslərin işdən uzaqlaşdırılması barədə qərar qəbul olunub. (Qafqazinfo) Post Views: 1. 091 PAYLAŞIN: Yazı naviqasiyası Bakının mərkəzi küçələrində balkonlar sökülür – FOTO Rejissor: AzTV bu gün də məktəbdir, amma çox pis məktəbdir!