Bakıda qız atasını baltalayıb. xaber. org Metbuat.az-a istinadən bildirir ki, insident paytaxtın Binəqədi rayonu, 8-ci mikrorayon Cəfər Xəndan küçəsində yerləşən evlərdən birində baş verib. Məlumata görə, ailə münaqişəsi zamanı qız atasına balta ilə ağır xəsarətlər yetirib. 1956-cı il təvəllüdlü Salxaki Cəmşid Azad oğlu başından kəsilmiş-çapılmış xəsarətlərlə 1 saylı şəhər xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir. Cəmşid Salxakinin şəxsiyyəti hələlik açıqlanmayan qızı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır. // APA xaber.org Post Views: 884 PAYLAŞIN: Yazı naviqasiyası Rövşən Lənkəranskinin qardaşı azad edilməyib – İstanbulda həbsdədir “Dəmirçi Plaza”da adam güllələyən ruhi xəstədir? – Yeni vəsatət