“Dəmirçi plaza”da iş yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Elşən Bəşirovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Xaber.org Lent.az-a istinadən bildirir ki, məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə cinayət işində qeyd olunmuş ekspertizalar üzrə verilən bir neçə rəy elan olunub.

 

Daha sonra təqsirləndirilən şəxsin vəkili vəsatət qaldırıb. O bildirib ki, müvəkkilinin ruhi xəstəliyi olub. Vəkil qeyd edib ki, Elşən Bəşirov 2011-ci ildə ruhi xəstəlikləri ilə əlaqədar müalicə alıb və onun yenidən ekspertizadan keçməsini istəyib.

 

Vəsatət təmin edilib.

 

Qeyd edək ki, qətl bu il yanvarın 7-də Xətai rayonu ərazisində yerləşən “Dəmirçi Plaza” MMC-yə məxsus binada icarə əsasında fəaliyyət göstərən “İraq Hava Yolları” şirkətinə məxsus ofisdə baş verib. Həmin şirkətdə sürücü işləyən Bakı şəhər sakini Elşən Bəşirov münaqişə zəminində tüfəngdən atəş açaraq satış üzrə menecer – paytaxt sakini Əli Ağalını qətlə yetirib. O, qətli “COBALT” markalı tüfənglə törədib.

 

Belə ki, hadisədən əvvəl Ə.Ağalı E.Bəşirovla birgə avtomobillə hava limanına gediblər. Yolda aralarında mübahisə yaranıb. E.Bəşirov evə qayıdaraq ov tüfəngini götürüb ofisə gəlib. Ofisdə Ə.Ağalını qətlə yetirib.

xaber.org

PAYLAŞIN: