Çempionlar Liqasının arxada qalan 4 turunun ən sürətli futbolçuları açıqlanıb. Xaber.org Oxu.Az -a istinadən xəbər verir ki, söhbət futbolçuların oyun ərzindəki ümumi sürətindən gedir. Yəni 1 saat ərzində ən çox məsafə qət edənlərin adları bəlli olub. UEFA-nın rəsmi saytı ən azı 200 dəqiqə meydanda olan və ya 3 oyunda forma geyinənlərin göstəricilərini hesablayıb. Turnirin rekordçusu Kristian Eriksendir. O, hər saata 8,43 km qət edib. Ümumiyyətlə isə 8 oyunçu saatda 8 km-dan artıq qaçmağa nail olub. UEFA-nın açıqladığı “11-lik”də Azərbaycan çempionu “Qarabağ”ın üzvü yer almayıb. Düzdü, təmsilçimizin braziliyalı legioneri qət etdiyi ümumi məsafənin uzunluğuna görə Çempionlar Liqasında 7-cidir. Amma 46 km 469 m məsafə qət edən Riçard 4 oyunda 360 dəqiqə oynayıb. Cənubi amerikalı saata 7,74 km qət edə bilib. Onun belə orta sürəti UEFA-nın tərtib etdiyi 11 futbolçudan ibarət siyahıya düşmək üçüm yetərli olmayıb. Hərçənd siyahıda sürəti 8 km/s-dan aşağı olan üç oyunçu da yer ala bilib. Yarımmüdafiəçimizi “11-lik”dən 0,22 km/s ayırır. yer futbolçu Klubu Km/s km dəq m/dəq 1 Kristian Eriksen Tottenhem (İngiltərə) 8,43 37935 270 140,50 2 Qayas Zahid APOEL (Kipr) 8,28 39614 287 138,03 3 Mohammed Elyunussi Bazel (İsveçrə) 8,21 39141 286 136,86 4 Pieter Gerkens Anderlext (Belçika) 8,18 35600 261 136,40 5 Marek Hamşik Napoli (İtaliya) 8,15 40471 298 135,88 6 Pyotr Zelinski Napoli (İtaliya) 8,13 23997 177 135,58 7 Blaz Vrnoviç Maribor (Sloveniya) 8,09 34921 259 134,83 8 Kevin De Bruyne Mançester Siti (İngiltərə) 8,01 48052 360 133,48 Post Views: 1. 264 PAYLAŞIN: Yazı naviqasiyası Şəhriyar Məmmədyarov: Ruslar bu nəticəni 20 il ərzində göstərə bilməyiblər “Qarabağ” – “Çelsi” matçına satılan biletlərin sayı açıqlandı