“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı “Çelsi” ilə matçın bilet satışı davam edir.

Qarşılaşmaya satılan biletlərin sayı 45000-ə çatıb.

Biletləri satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə etmək mümkündür. Biletləri əldə edərkən, şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Qeyd edək ki, noyabrın 22-də Bakı Olimpiya Stadionunda baş tutacaq matç saat 21:00-da start götürəcək.

Xaber.org

PAYLAŞIN: