Bu yazı 2014-cü ildə “Bizim şərh” qəzetində dərc edilib. Bu gün dövlət və hökumət  səviyyəsində dilimizə olan qayğı, onun qorunması, inkişaf etdirilməsi üçün göstərilən təşəbbüs, eyni zamanda televiziyalarda efir mədəniyyətinə, milli mentalitetə əməl olunması tələbi, bir daha imkan verir ki, vaxtilə dərc etdiyimiz yazını oxucularımıza yenidən təqdim edək.                                             

 

Televiziya kütləvi informasiya vasitələri arasında ən güclü təbliğat vasitəsidir”

H.Əliyev

 

Bəli, özü də hər birimizin evində olan təbliğat vasitəsi. Cəmiyyətin güzgüsü adlandırılan televiziya milli-mənəvi dəyərlərimizin qorunmasında, gənc nəslin tərbiyəsində və formalaşmasında böyük rol oynamalıdır. Bəs televiziyalar  buna nail ola bilirlərmi? Cəsarətlə deyə bilərəm ki, yox!

Maarifləndirici verilişlərimiz olduqca azdır. Gücü veriblər şou verilişlərinə.

Elə götürək “ANS” kanalında yayımlanan “Adam içində” verilişini. 3 saata yaxın davam edən bu tok-şou (Bu telekanal artıq fəaliyyət göstərmir, verilişin də başqa görüntülü mediada yayımlanması haqda informasiyam yoxdur) nəinki maarifləndirir, əksinə gənclərin tərbiyyəsini pozur. Verilişin bəzi məqamları televiziya adına qara ləkədir.

Bu məqaləni mənə yazmağa vadar edən kompüter qarşısında oturub hərdən, eyforiyaya qapanıb, fərqinə varmadan nə gəldi danışan Afət xanım oldu.  (xanım ha…)

24 yanvar 2014-cü il tarixində efirə çıxan “Adam içində”  verilişində o qədər də populyar olmayan qadın bir müğənni iki mahnı ifa etdi. Biri ariya, biri də xalq mahnısı. Studiyada hamı əl çaldı. Mənim də, xoşuma gəldi. Lakin kənarda kompüter arxasında oturan köməkçi Afət “mənim səsim hamamda bundan yaxşı çıxır”-dedi.

Bəli, məhz bu sözə görə qələmi əlimə aldım.

Bu hamam ki, var, çox intim yerdir. Ona görə də qadınlarla kişilər bir yerdə çimmir. Tez-tez və hamıdan çox “9 milyon bizə baxır” deyən Afət,  yeganə insansan ki, oxymağa hamama gedirsən.  Sən orada həm oxuyub, həm də, ifa edə bilərsən.  Bəs, bunu “9 milyon”a nəyə görə elan edirsən?

Hamam oxumaq üçün deyil Afət, orada çimirlər.

Daha nə deyim?!  “Hamam hamam içində…”.

 

P.S. Bu gün Afət deyəsən yenə də hansısa telekanalda işləyir. Ümid edirəm ki, artıq püxtələşib, formalaşıb.       

Rza Pənah

Xaber.org                                                                                                                            

PAYLAŞIN: