Bakıda güclü yanğın hadisəsi baş verib.

Xaber.org-un verdiyi məlumata görə yanğın Binəqədi rayonunun 7-ci mikrorayon ərazisində yerləşən binada qeydə alınıb.

Əraziyə Fövqaladə Hallar Nazirliyinin yanğın söndürən maşınları, canlı qüvvə və təcili yardım maşınları cəlb olunub. Həmçinin helikopterlərin havada olduğu deyilir.

Yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Binəqədi rayon İcra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, müavini və polis rəisi hadisə yerinə gəlib.

***
Yanğın binanın elektrik şaxtasından başlayıb. Çoxlu sayda zəhərlənənlər var. Sakinlər təxliyyə olunur. Təcili yardım maşınları zəhərlənənləri xəstəxanaya daşıyır.

Qeyd edək ki, yanğın aşağı mərtəbədən başlayıb. Zəhərli tüstü ən yuxarı mərtəbələrə qədər qalxır.

Hadisə Piramidalar adlanan binada baş verib.

xaber.org

PAYLAŞIN: