İraqın Süleymaniyyə şəhəri yaxınlığında baş verən 7,6 bal gücündə zəlzələ İranda da böyük dağıntılara səbəb olub. İranın Serpol Zəhab, Kəsri Şirin, Cavandur, Səlasi Babacani və Gilan əyalətlərində evlər və ictimai binalar uçub. Hadisə yerlərinə təcili olaraq yanğınsöndürənlər, həkim briqadaları və xilasedicilər gəliblər. Son məlumatlara görə, İranda baş verən zəlzələ nəticəsində ölənlərin sayı artıq 100-ü keçib. AZƏRTAC TASS agentliyinə istinadla bildirir ki, təbii fəlakət mindən çox insanın yaralanmasına səbəb olub. Prezident Həsən Ruhani zərər çəkənlərə hər cür yardım göstərilməsi ilə bağlı xüsusi göstəriş verib. Xaber.org Post Views: 1. 189 PAYLAŞIN: Yazı naviqasiyası Son dəqiqə: Bakıda güclü yanğın Moskvadakı ticarət mərkəzində atışma