Salvadorlu boksçu Fransisko Ruis həmyerlisi Rikardo Korteslə döyüş zamanı aldığı zədədən dünyasını dəyişib. Xaber.org “Report”- a istinadən xəbər verir ki, hadisə noyabrın 18-də Salvador Peşəkar Boks Federasiyasının təşkil etdiyi titul uğrunda döyüşdə baş verib. Qarşılaşmanın 8-ci raundunda aldığı zərbədən nakaut olan F.Ruisin başı yerə çırpılıb. O, dərhal xəstəxanaya çatırılıb və beyin əməliyyatı keçirdikdən sonra komaya düşüb. Lakin onun komandan ayılmaq şansı olmadığı üçün yaxınları aparatdan ayrılmasına qərar veriblər. Dünya Boks Assosiasiyası F.Ruisin bütün dəfn xərclərini öz üzərinə götürüb. Post Views: 583 PAYLAŞIN: Yazı naviqasiyası “Qarabağ” “Beşiktaş”la qarşılaşacaq Messi: “Ronaldu ilə dost olacağıma inanmıram”