“Barselona”nın hücumçusu Lionel Messi “Real”ın futbolçusu Kriştinu Ronaldunun gələcəkdə dost ola biləcəkləri barədə söylədiyi fikirlərə münasibət bildirib.

Xaber.org  qol.aza istinadən bildirir ki, “Marca” nəşrinə verdiyi geniş müsahibədə argentinalı ulduz jurnalistin bununla bağlı sualını da cavablandırıb.

O qeyd edib ki, Ronaldu ilə dost olacağını düşünmür: “İnanmıram ki, bu baş versin. Dostluq birgə vaxt keçirməklə və bir-birini yaxından tanıyandan sonra yaranır. Bizim isə heç bir münasibətimiz yoxdur. Meydandan kənarda yalnız tədbirlərdə görüşürük və orada söhbət edirik. Bizim münasibətlərimiz qaydasındadır. Amma həyatda yolumuz kəsişməyib”.

Xaber.org

 

PAYLAŞIN: