2 azyaşlı uşaq evdə yanaraq dünyasını dəyişib.

Xaber.org Milli.Az-a istinadən  bildirir ki, hadisə səhər saatlarında Salyanın Şorsulu kəndində, Novruz Bəhramiyə məxsus evdə baş verib. Hadisə baş verən zaman mənzildə 3 az yaşlı uşaq olub. Onlardan biri, 3 yaşlı Əli yuxudan oyanaraq çölə çıxsa da, bacıları 4 yaşlı Ceyran və 5 yaşlı Fatimə yatdıqları otaqda qalıblar. Uşaqların atası Novruz Bəhrami isə rayon mərkəzində olub. Onun həyat yoldaşı da həyətdə təsərrüfat işləri ilə məşğul olduğundan yanğından gec xəbər tutub. Evin arakəsmə və tavanında taxta və quru qamışdan çox istifadə edildiyindən alovlar sürətlə yayılıb. Köməyə ilk gələn ev sahibinin qonşuluqda yaşayan qardaşı olub.
Alovları yalnız iki saat sonra sondurmək mümkün olub.. Hadisə nəticəsində Fatimə və Ceyran bacıları yanaraq ölüb. Evdən heç bir əşyanı da çıxarmaq mümkün olmayıb.

Xaber.org

 

 

PAYLAŞIN: