Rusiyada ticarətlə məşğul olan azərbaycanlı polisin ondan rüşvət tələb etməsinə etiraz əlaməti olaraq özünü yandırıb. Xaber.org report.az-a istinadən bildirir ki, hadisə Moskva ətrafındakı Korolyov şəhərində, Qrabina küçəsində baş verib. Yaralı xəstəxanaya yerləşdirilib. “MK” agentliyi həmin şəxsin Moskva ətrafında meyvə-tərəvəz satışı üçün çadır açan Rövşən Allahverdiyev olduğunu xəbər verib. Faktla bağlı cinayət işi açılıb. Hadisə ilə əlaqədar 1 polis əməkdaşı saxlanılıb və ona qarşı ittiham irəli sürülərək həbs edilib. İstintaq cinayətin baş verməsinə səbəb olmuş digər polis əməkdaşlarının da kimliyini araşdırır. Qeyd edilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları R.Allahverdiyevdən xeyli miqdarda rüşvət tələb ediblər. Xaber.org Post Views: 386 PAYLAŞIN: Yazı naviqasiyası Azərbaycanda DƏHŞƏT: 2 azyaşlı öldü – TƏFƏRRÜAT Hacı Məmmədov intihar etdi