Bakıda beş nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanıb.

Bakı şəhəri, Qaradağ rayonunda, Meyvəli deyilən ərazidə “Mercedes“ markalı yük avtomobili ilə “Mercedes“ markalı minik avtomobili toqquşub. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Əməliyyat nəticəsində minik avtomobilinin sürücüsü Hüseynov Sakit Nuru oğlu , Hüseynova Telnaz Şiraslan qızı, Hüseynova Samirə Sakit qızı və Hüseynova Selcan Vüqar qızının meyitləri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. ​

Xeberlenti.com – un məlumatına görə Sulu-Təpədə yaşayan ailə üzvüləri Agcabədidən qohumlarının yas mərasimindən gəlirmişlər. Xocəsən-Lokbatan yolunda baş verən qəza nəticəsində, 2-si azyaşlı qız olmaqla, 5 nəfər ölüb. Qəzanın beşinci qurbanı altı aylıq Hüseynova Cənnət İntamiz qızı olub.

Xaber.org

PAYLAŞIN: