Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib. Xaber.org Publika.az -a istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Rüstəmov Musa Bəhlul oğlu günorta saatlarında tanışı ilə mübahisə zamanı bıçaqlanıb. Yaralı “Mercedes” markalı minik avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis bölməsində araşdırma aparılır. M.Rüstəmov Gömrükçü İdman Cəmiyyətinin üzvüdür. O, Cəmiyyətin güləş yığmasında (66 kq) çıxış edir. Xaber.org Post Views: 604 PAYLAŞIN: Yazı naviqasiyası Bir ailənin 5 üzvü yol qəzası nəticəsində həlak oldu Sumqayıtda 3 nəfərin ölümünə səbəb olan avtomobil qəzası baş verib