Sumqayıtda 3 nəfərin ölümünə səbəb olan avtomobil qəzası baş verib. Azərtac Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Sumqayıt şəhərində “Kamaz“ markalı yük avtomobili və “Mercedes” markalı minik avtomobili toqquşub. “Nəticədə minik avtomobilində olan 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Hadisə yerinə cəlb olunmuş Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri cəsədləri və xəsarət alan şəxsi deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər”, – deyə məlumatda bildirilir. Xaber.org Post Views: 465 PAYLAŞIN: Yazı naviqasiyası Paytaxtda dava – Güləşçi bıçaqlandı Salyandakı tükürpədici qətliamın təfərrüatları: manyak-qatil dörd qızını və arvadını necə öldürmüşdü…