İtaliya çempionatının liderləri “Yuventus” və “İnter” klubları Turində üz-üzə gəlib. Əzəli rəqiblərin turnir cədvəlində yerdəyişmələrə gətirib çıxara biləcək qarşılaşması böyük maraq doğururdu. “Yuventus” doğma meydanında “İnter”in qapısına yol tapa bilməyib. Qarşılıqlı hücumlar və gərgin idman mübarizəsi şəraitində keçən görüş heç-heçə qurtarıb – 0:0. Beləliklə, liderlərin sırasında gözlənilən dəyişiklik baş verməyib. Hazırda 16 turdan sonra hesabında 40 xal olan “İnter” turnir cədvəlində liderliyini davam etdirir. “Yuventus” və “Napoli” 38 xalla ikinci-üçüncü yerləri bölüşürlər. “Napoli” klubu rəqiblərinə nisbətən bir oyun az keçirib. Xatırladaq ki, “Yuventus” və “İnter” İtaliya A seriyasında indiyədək 175 dəfə qarşılaşıblar. Bu oyunların 81-də “Yuventus”, 48-də “İnter” qalib gəlib, 46 oyun isə heç-heçə başa çatıb.(azərtac) Xaber.org Post Views: 962 PAYLAŞIN: Yazı naviqasiyası Banişevskinin ölümündən 20 il ötür Messinin daha bir rekordu