“Barselona” futbol klubunun hücumçusu Lionel Messi növbəti rekorda imza atıb. Bu barədə klubun saytı məlumat yayıb. Argentinalı futbolçu bir klubun heyətində vurduğu qolların sayına görə “Bavariya”-nın keçmiş futbolçusu Herd Müllerin rekordunu təkrarlayıb. Dekabrın 10-da “Vilyarreal”la matçda Messi “Barselona”nın heyətində 525-ci qolunu vurub. Qeyd edək ki, Herd Müller 1964-1979-cu illərdə “Bavariya”nın şərəfini qoruyub. Messi 2004-cü ildən etibarən “Barselona”da çıxış edir. Bu mövsümdə L.Messi İspaniya çempionatında 15 oyunda 14 qol vurub və 4 məhsuldar ötürmə edib. Xaber.org Post Views: 1. 249 PAYLAŞIN: Yazı naviqasiyası İtaliya çempionatı: “Yuventus” doğma meydanında “İnter”in müqavimətini qıra bilməyib Avroliqada cütlüklər bilindi – PÜŞKATMA