Bir neçə il əvvəl Madrid “Atletiko”suna sponsorluq edən Azərbaycan İspaniya Kral Futbol Federasiyasının baş sponsoru ola bilər.

Xaber.org Milli.Az -a istinadən xəbər verir ki, bu iddianı məşhur “As” nəşri irəli sürüb.

Bildirilir ki, qarşıdakı 5 ildə qurumun baş sponsoru olacaq Azərbaycan ispaniyalılara 50 milyon dollar ödəməlidi. Amma siyasi arenalarda baş verənlər və əksər yığmaların, o cümlədən İspaniya millisinin Rusiyadakı dünya çempionatına gedib-getməməyinin müzakirəyə çıxarılması müqavilənin taleyini sual altına salıb.

Bu da İspaniya futbol qurumunda müəyyən narahatçılıqlara səbəb olub. Hətta federasiyanın marketinq direktoru Visente Kasado və idman direktoru Fernando Yerronun Bakıya səfəri də təxirə salınıb. Onların hətta ölkəmizə imzalanmalı olan sənədlərlə gəldiyi də iddia edilir.

Xaber.org

PAYLAŞIN: