UEFA İntizam Komitəsi İngiltərənin “Çelsi” klubu ilə Çempionlar Liqasının V tur matçında birbaşa qırmızı vərəqə alan “Qarabağ”ın kapitanı Rəşad Sadıqovla bağlı qərarını açıqlayıb. Xaber.org goal.az-a istinadən xəbər verir ki, 35 yaşlı müdafiəçi bir oyunluq cəzalanıb. Sadıqov cəzasını Azərbaycan təmsilçisinin İtaliyada “Roma”ya qarşı keçirdiyi VI tur qarşılaşmasında çəkib. Onun iştirak etmədiyi görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Qarabağ” yenidən avrokuboklara vəsiqə qazansa futbolçu gələn mövsüm elə ilk oyundan etibarən meydana çıxa biləcək. Bunun üçün Sadıqovun futbolçu karyerasını davam etdirməsi lazımdır. Qeyd edək ki, Rəşad Sadıqov “Qarabağ” – “Çelsi” (0-4) matçının 19-cu dəqiqəsində birbaşa qırmızı vərəqə alıb. Xaber.org Post Views: 425 PAYLAŞIN: Yazı naviqasiyası Azərbaycan İspaniya Futbol Federasiyasının baş sponsoru ola bilər Xavi: “Messi futbol tarixinin ən yaxşısıdır”