Şəmkir rayonunda üç uşaq anası intihar edib. Xaber.org “Report”a istinadən bildirir ki, hadisə rayonun Təzə Posanlı kəndi ərazisində baş verib. Belə ki, həmin kəndin sakini, 1987-ci il təvəllüdlü Aygün Həsən qızı Hüseynova yaşadığı evin çardağında özünü asaraq intihar edib. Qeyd edək ki, üç azyaşlı uşaq anası olan A.Hüseynovanın hansı səbəbdən intihar etməsi hələlik məlum deyil. Faktla bağlı araşdırmalara başlanılıb. Post Views: 360 PAYLAŞIN: Yazı naviqasiyası Azərbaycanlı qız toyda silah çəkdi, dəfələrlə atəş etdi – VİDEO Azərbaycanlı müştərilər erməniləri restorana gəldiklərinə peşman etdilər