Gürcüstanın Tbilisi şəhərində yerləşən “Taglaura” restoranında azərbaycanlılar erməni müştəriləri pərt ediblər. 

Xaber.org  baku.ws-yə istinadən xəbər verir ki, bir qrup azərbaycanlı restoranda olarkən ermənilər Qarabağ mahnıları sifariş verib və bu, həmyerlilərimizin qəzəblənməsinə səbəb olub.

Azərbaycanlılar sözü bir yerə qoyaraq ermənilərin mahnısını yarımçıq kəsdirib. Daha sonra yalnız Azərbaycan mahnıları sifariş verərək oynayıblar. Sonda isə “Sarı gəlin” mahnısı sifariş olunub. Bu zaman əksəriyyəti ermənilərdən ibarət olan müştərilər restoranı tərk ediblər.

Xaber.org

PAYLAŞIN: